Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallılı Milli Qəhrəmanın xatirəsi yad edilib


Vətən torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə mərdlik və igidlik göstərərək şəhid olan polis əməkdaşı, Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun anım günü ilə əlaqədar şəhidin büstü ziyarət edilib, önünə tər güllər düzülüb.

Masallı Rayon İcra hakimiyyətinin və Rayon Polis şöbəsinin əməkdaşlarının, şəhidin döyüşçü yoldaşlarının və ictimaiyyət nümayəndlərinin iştirak etdiyi anım mərasimində Daxili işlər orqanlarında xidmət etmiş Elşad Hüseynovun həyat və döyüş yolunun hər bir gənc polis əməkdaşı, eləcə də Azərbaycan gənci üçün örnək olduğu, Milli Qəhrəmanın əziz xatirəsinin daim ehtiramla xatırlanacağı bildirilib.

Qeyd edək ki, Masallı rayonunun Xıl kəndində anadan olmuş şəhid Elşad Hüseynov 1981-ci ildə ordudan təxris olunduqdan sonra milis nəfəri kimi xidmətə başlayıb. Vətən torpaqlarının müdafiəsində rəşadət göstərən E.Hüseynov 1992-ci ilin iyunun 15-də Fərrux kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Hüseynov Elşad Eynulla oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Masallı rayonunda Qəhrəmanın adına küçə var. Xıl kəndində E.Hüseynovun büstü qoyulub.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10