2022-ci ilin aprelində Böyük Britaniya kraliçası II Yelizavetanın 96 yaşı tamam olub.
Sosial şəbəkələrdə kraliçanın nadir fotoşəkilləri yayılıb: doğum günündən taxta çıxdığı ilə qədər.
Digər monarxlar arasında ilk uzunömürlü olan Yelizaveta taxt-tacı şahzadə Çarlza təhvil vermək niyyətini hələ də bildirməyib.
Maraqlıdır ki, Yelizaveta kraliça olmamalı idi. Dayısı VIII Edvard taxtdan əl çəkdikdən sonra hər şey dəyişib və onun yerinə Yelizavetanın atası VI Georq gəlib.
Yelizaveta atasının ölümündən sonra 25 yaşında kraliça olub.O, taxta çıxmazdan əvvəl belə görünürdü.
Yelizaveta 1926-cı il aprelin 21-də anadan olub.
Burada Yelizavetanın 7 yaşı var. O, dayısı Uels şahzadəsi ilə Şotlandiyaya gəlib.
9 yaşında Yelizaveta artıq Bukinqem sarayının eyvanında dayanaraq təbəələrini necə qarşılamağı öyrənmişdi.
Bu şəkildə, şahzadə Marqaret ilə gələcək kraliça şəhərətrafı yaşayış yerində bir araba ilə gəzir. Yelizavetanın 14 yaşı var.
Burada Yelizavetanın 18 yaşı var.
Yelizavetanın 19 yaşı olanda baş nazir Uinston Çörçil Bukingem sarayının eyvanında kral ailəsinə (Şahzadə Yelizaveta, anası Kraliça Yelizaveta, Kral VI Corc və Şahzadə Marqaret) qatılıb.
Şahzadə Yelizaveta 21 yaşını qeyd etmək üçün Cənubi Afrikaya səfər edir.
21 yaşında Yelizaveta evlənir və toy mərasimindən sonra əri Edinburq hersoqu ilə Vestminster katolik moanstrını tərk edir.
Yelizaveta bacısı Marqaretlə Londonda kazinodan çıxır. Burada onun 24 yaşı var.
Tacqoyma ili. Yelizavetanın 25 yaşı var. Şəkildə o və Edinburq hersoqu Kanada klubunda qonaqları salamlayır.
lent.az