Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bu ilin sonuna Rusiyanı 15 min milyonçu tərk edəcək, bəs Ukraynanı necə...?


Batan gəmini ilk olaraq milyonçular tərk edir?..


"Dünyanın zəngin insanları ABŞ və Böyük Britaniyaya mühacirət edir, amma Birləşmiş Ərəb Əmirlikləri onları geridə qoyacaq"
  
Bu ilin sonuna Rusiyanı 15  min milyonçunun tərk edəcəyi gözlənilir.
 
Bu barədə miqrasiya məlumatlarının təhlilinə istinadən "The Guardian" nəşri yazıb.
 
Aktivləri 1 milyondan çox olan təxminən 15 faiz rusiyalı 2022-ci ilin sonunadək başqa ölkələrə mühacirət edəcək.
 
Bu nəticəyə ifrat zəngin insanlarla vətənaşlığını satan ölkələr arasında vasitəçi qismində çıxış edən Londonun Henley & Partners firmasının miqrasiya məlumatlarına əsaslanan proqnozları sayəsində gəlinib.
 
Araşdırmaçıların məlumatlarına görə, son onillikdə zəngin insanlar getdikcə artan sayda Rusiyadan mühacirət edib.
 
"Tarixən belə alınıb ki, ölkələrın iri iflasından öncə, adətən, zəngin insanların mühacirət etməsi sürətlənir və onlar ilk olaraq ölkəni tərk edir, çünki bunun üçün vəsaitləri var", - tədqiqat müəllifi Endrü Amoils deyib.
 
Proqnozlara görə, Ukrayna öz əhalisinə nisbətən daha çox zəngin insanların itkisinə məruz qalacaq.
 
Gözlənilir ki, ilin sonuna ölkəni 2800 milyonçu və ya aktivləri 1 milyondan çox olan adamların 42 faizi tərk edəcək.
 
Dünyanın zəngin insanları ABŞ və Böyük Britaniyaya köçür, lakin gözlənilir ki, Birləşmiş Ərəb Əmirlikləri mühacir milyonçular üçün birinci yeri ötəcək.
 
"Böyük Britaniya zənginlik yeri kimi adını itirib, ABŞ sürətlə dünyanın zəngin insanları üçün maqnit mövqeyini itirir.
 
Gözlənilir ki, 2022-ci ildə BƏƏ onları geridə qoyacaq, bütün dünyada təmiz milyonçuları özünə cəlb edəcək", - Henley-in hesabatında deyilir
 
İlin sonuna BƏƏ təxminən 4000 imkanlı adamı qəbul edəcək, beləliklə, Avstraliyanı (3500), Sinqapuru (2800) və İsraili (2500) geridə qoyacaq.
 
Böyük sayda milyonçu  2022-ci ildə 300 milyonçunun köçəcəyi Maltaya, kapital artımına və varisliyə sıfır vergi və digər vergi güzəştləri təklif edən Mavrikiyə və 10 nəfərdən az qala 7-ci dollar milyonçusu olan Monakoya köçməsi gözlənilir./moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10