İran şəhərlərinin bazarlarında tacir və dükan sahibləri küçələrə çıxaraq vergilərin artırılmasına və bahalaşmaya etiraz edirlər.
Bundan bir gün əvvəl iyunun 12-də milli valyuta – rialın məzənnəsi kəskin düşərək 1 dollar üçün 33,200 rial olub. İyunun 13-də Fars ostanının Kazerun şəhərində tacirlər etiraz olaraq mağazalarını bağlayıblar.
Nümayişlər habelə Əhvaz, Məşhəd, Təbriz, Kirmanşah və İsfahan şəhərlərində keçirilib. Bu nümayişlərdə etirazçılar “Rəisiyə ölüm” və ali rəhbər Əli Xameneyiyə işarə olaraq “Ağa özünü Allah kimi aparır, amma millət dilənir” kimi şüarlar səsləndiriblər.
Bəzi şahidlərin dediyinə görə Tehranda polis və təhlükəsizlik qüvvələri etiraz edən pensiyaçılara hücum ediblər. Adamların Baharestan metro stansiyasından çıxaraq nümayişlərə qoşulmasına imkan verilməyib. Bu metro stansiyası İran Milli Məclisinin yaxınlığındadır.
Bu da xəbər verilir ki, İran parlamenti son aylarda etirazların qarşısını alan və məhdudlaşdıran bir sıra qanunvericilik aktları qəbul edib. Yeni qanun düzəlişlərindən biri etirazçılara atəş açmaq icazəsi verir./yenisabah.az