Cenub.az xəbər verir ki, Masallı RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində güclü təsirə edən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışını həyata keçirən Masallı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əliyev Vüsal Sərraf oğlu və onun qeyri-rəsmi nigahla birlikdə yaşadığı Alışanova Pərvanə Əmirhüseyn qızı cinayət əməlləri ifşa olunmaqla saxlanılmışdır. Həmin şəxslərin üzərindən RPŞ-də güclü təsir edən narkotik vasitələr aşkar olunmuş və barələrində Masallı RPŞ-nin İB-də CM-nin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.
Vüsal Əliyev haqqında həbs-qəti imkan tədbiri seçilib. Qeyri-rəsmi həyat yoldaşı, Pərvanə Alışanova isə polis nəzarətində olmaqla şərti azadlığa buraxılıb.
Məlumat cenub.az-a Masallı rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuşdur.