"Uşaqlara yemək verilmir, böyüklər isə qonaq gedəndə özləri ilə yataq dəsti və dəsmallar aparmalıdır ki, gecələyə bilsinlər..."
"İsveçlilər dəvət olunanlarla çağırılmayan qonaqlar arasında ayrıseçkilik edir..."
Sosial şəbəkə istifadəçiləri İsveç sakinlərini qonaqpərvər olmamaqda ittiham edib,
"Twitter" və "Reddit" səhifələrində içveçlilərdə qonaq olan zaman ən xoşagəlməz hallardan danışıb.
Nədən bu ölkədə evlərində tanımadığı insanlara qarşı belə davranış sərgilənir?
Bu barədə "Rambler" saytı yazıb.
Ən geniş yayılan hallar bundan ibarət olub ki, qonaqlar ailə nahar və ya şam yeməyi zamanı süfrəyə dəvət edilməyib.
Bir çoxlarına belə jest çox qəribə və maksimal olaraq qonaqpərvərlikdən uzaq görünüb.
"Bir gün mən İsveç ailəsində qonaq oldum və orada gecələdim. Biz oyananda, dostum dedi ki, bir azdan gələcək. Təxminən 15 dəqiqədən sonra mən nərdivana yaxınlaşıb nə baş verdiyini öyrənmək istədim, onlar səhər yeməyini yeyirdilər. Məni görüb dedilər ki, dostum, demək olar ki, yeməyini bitirir və bir azdan gələcək.
Mən 25 ildir ki, bu barədə düşünürəm", - istifadəçilərdən biri belə yazıb.
Bu postdan sonra İsveç ənənələrindən analioji tarixçələr yazıblar.
"İsveçliləri unudun, onlar qonaq gələn yad uşaqlara yemək vermir, böyüklər isə qonaq gedəndə özləri ilə yataq dəsti və dəsmallar aparmalıdır ki, gecələyə bilsinlər", - bunu isə başqa bir istifadəçi yazıb.
İsveçlilərin özləri isə bunu belə izah edir ki, dəvət olunanlarla çağırılmayan qonaqlar arasında fərq var.
Çağırılmayan qonaqlar üçün onların evlərində yemək yetərli olmaya bilər, çünki onların gəlişi planlaşdırılmayıb. Bəziləri yazır ki, bu, həqiqəti əks etdirmir və tanıdıqları isveçlilərdə belə davranış yayılmayıb.
Buna baxmayaraq, isveçlilərin dəhşərli dərəcədə qonaqpərvər olmaması barədə fikir geniş yayılıb. İstifadəçilər zarafatlarından da qalmayıb:
"Onlar qonaq gedən zaman uşaqlara yemək vermir, bunun əvəzinə onları qonşu otaqda mebeli yığıb açmağa məcbur edirlər".
"Həqiqətən də burada, İsveçdə biz qonaqlarımızı təkcə ac saxlamırıq, onları evlərinə dönməyənədək araqla sınağa çəkirik".
"Belə çıxır ki, isveçlilər parklarda ördəklərə yem verirlər, sonra da çörək üçün ödəniş tələb edirlər?.."/Moderator.az