"Hətta Eritreya da təbrik etmədi..."-Rusiya nəşri...
Təcavüzkar ölkənin iyunun 12-də qeyd etdiyi Rusiya Günündə onun prezidenti Vladimir Putini yarısı keçmiş Sovet İttifaqı respublikaları olan 10 ölkənin başçısı təbrik edib.
Bu barədə məlumatı telegram-kanalında Rusiyanın “Xolod” jurnalı yayıb.
Nəşr planetdəki 245 ölkə arasında seçilmiş bu ölkələrin adlarını açıqlayıb:
1. Simali Koreya;
2. Belarus;
3. Türkmənistan;
4. Ermənistan;
5. Azərbaycan;
6. Qırğızıstan;
7. Birləşmiş Ərəb Əmirlikləri;
8. Küveyt;
9. Səudiyyə Ərəbistanı;
10. Nikaraqua.
"Xolod" nəşri özü bunu belə şərh edib: "Hətta Eritreya da təbrik etmədi."
Zəruri xatırlatma:
Putin Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı Qərb ölkələrinin sanksiya siyahısındadır...
Eritreya - BMT-də nümayəndələri Rusiyanın siyasətini dəstəkləyən azsaylı ölkələrdən biridir. Xüsusilə, mayın 12-də BMT-nin İnsan Hüquqları Şurasında Ukraynanın təşəbbüsü ilə irəli sürülmüş “Rusiyanın təcavüzü nəticəsində Ukraynada insan haqları ilə bağlı vəziyyətin pisləşməsi” adlı qətnamənin əleyhinə yalnız Çin və Eritreya səs verib...
Sultan Laçın/moderator.az