IX siniflər üzrə buraxılış imtahanlarında tədris dili fənni üzrə Cəlilabad rayonu axırıncıdan 5-ci, xarici dil fənni üzrə isə Cəlilabad rayonu axırıncıdan 2-ci, Yardımlı rayonu isə axırıncıdan 1-ci yerdə qərar tutub.
Dövlət İmtahan Mərkəzi keçən il IX və XI siniflər üzrə keçirtdiyi buraxılış imtahanlarının nəticələrinin statistik təhlilini açıqlayıb. Lənkəran – Astara Regional Təhsil İdarəsini əhatə edən məktəblərin təlim nəticələri heç də ürəkaçan olmamışdır.
Ölkə üzrə IX sinif şagirdləri arasında oxuyub-yazmaqda çətinlik çəkən və ya ümumiyyətlə, oxuyub-yazmağı bacarmayan 38 nəfər aşkar etmişdir. Bunlardan 11 nəfəri LARTİ-nin əhatə etdiyi məktəblərin payına düşür. Ölkə və region üzrə rekord göstərici Cəlilabad rayonunun payına düşür. Cəlilabad rayonu üzrə 5 nəfər, Masallı rayonu üzrə 3 nəfər, Lerik rayonu üzrə 2 nəfər və Lənkəran rayonu üzrə 1 nəfər belə şagird aşkarlanmışdır, bu da o deməkdir ki, bu rəqəm ölkənin orta göstəricisindən 2,5 dəfə çoxdur.
IX siniflər üzrə buraxılış imtahanlarında ölkə üzrə ən aşağı nəticə LARTİ-ninin əhatəsində olan Cəlilabad rayonu üzrə qeydə alınıb. XI sinif buraxılış imtahanaları üzrə də ən axırıncıdan əvvəlki nəticə isə Yardımlı rayonuna aiddir.
IX siniflər üzrə buraxılış imtahanlarında tədris dili fənni üzrə Cəlilabad rayonu axırıncıdan 5-ci, xarici dil fənni üzrə isə Cəlilabad rayonu axırıncıdan 2-ci, Yardımlı rayonu isə axırıncıdan 1-ci yerdə qərar tutub. XI siniflər üzrə buraxılış imtahanlarında tədris dili fənni üzrə ölkədə ən aşağı göstərici Yardımlı rayonuna, riyaziyyat fənni üzrə axırıncıdan 3-cü yer Cəlilabad rayonuna, xarici dil fənni üzrə axırıncıdan 2-ci yer isə Yardımlı rayonuna aiddir.
IX siniflər üzrə buraxılış imtahanlarında ölkənin 74 rayonu arasında təlim nəticələrinə görə Astara rayonu 35-ci, Lənkəran rayonu 36-cı, Lerik rayonu 45-ci, Masallı rayonu 57-ci, Yardımlı rayonu 69-cu və Cəlilalabd rayonu 74-cü yerdə yerləşir.
XI siniflər üzrə buraxılış imtahanalrında ölkənin 74 rayonu arasında
Masallı rayonu 37-ci,
Lənkəran rayonu 38-ci,
Lerik rayonu 55-ci,
Astara rayonu 65-ci,
Cəlilabad rayonu 68-ci,
Yardımlı rayonu 73-cu yerdə yerləşir.
Ölkə üzrə IX sinif şagirdləri arasında tədris dili fənni üzrə ən aşağı nəticələr
Cəlilabad rayonunun(32.4),
riyaziyyat fənni üzrə Cəlilabad rayonunun(28.0),
xarici dil üzrə Cəlilabad rayonunun (22.0) və Yardımlı rayonunun (21.5) şagirdləri göstərmişdir.
Ölkə üzrə XI sinif şagirdləri arasında tədris dili fənni üzrə ən aşağı göstərici
Yardımlı rayonunun (31.8),
riyaziyyat fənni üzrə Cəlilabad rayonunun (20.7),
xarici dil fənni üzrə Yardımlı rayonunun (24.3) şagirdlərinə aiddir.
Keçən tədris ilində IX sinif üzrə 862 nəfər, XI sinif üzrə 147 nəfər buraxılış imtahanlarından azad edilmiş sağlamlıq imkanları məhdud və eksternat qaydasında imtahan verən şagirdin yekun attestasiyası aparılmışdır. Kənd rayronları üzrə respublika üzrə bu cür qiymətləndirilmə aparılmış şagirdlərin sayına görə ikinci rayon Cəlilabad rayonu olmuşdur və onların sayı ölkə üzrə şagirdlərin 10 faizini təşkil edib. Belə ki, Cəlilabad rayonu üzrə 105 şagird, Masallı rayonu üzrə 85 şagird bu cür attestat almışdır. Ölkədə bu göstərici üzrə Cəlilabad rayonu yalnız Kürdəmir rayonundan, Masallı rayonu isə bu rayonlardan və Şamaxı rayonundan geri qalır. Cəlilabad rayonu və Masallı rayonu üzrə sağlamlıq imkanları məhdud şagirdlərin ölkə üzrə rekord sayda olması şübhəli məqamlardan xəbər verir.
Keçən tədris ilində 4261 IX sinif şagirdi və 2524 XI sinif şagirdi fərqlənmə attestatı almışdır. Kənd rayonlarından Şəki rayonu və Qubadlı rayonundan sonra ölkə üzrə ən çox bu cür attestat verən rayon Lənkəran rayonu olmuşdur. Belə ki Lənəran rayonu 87 və Masallı rayonu 74 nəfər şagirdə belə attestatlar vermişdir. Təlim nəticələri aşağı olan bu rayonlarda fərqlənmə attestatlarının kütləvi sürətdə verilməsi çox maraqlı olmuşdur.
DİM-in keçirtdiyi buraxılış imtahanlarında Landau School və Baku Oksford Skul orta ümumtəhsil məktəblərindən sonra Masallı rayonu Çayqıraq kənd ümumi orta məktəbi IX siniflərin təlim nəticələrinə görə fransız dili fənnindən ölkə üzrə 3-cü yerdə, dövlət ümumtəhsil məktəbləri arasında isə ölkə üzrə ilk yerdə yerləşir. Ölkədə IX siniflər üzrə fransız dili fənnindən Masallı rayonu Sığdaş kənd tam orta məktəbi 6-cı yerdə, XI siniflər üzrə isə Masallı rayonu Bədəlan kənd tam orta məktəbi isə 13-cü yerdə qərar tutub. Ölkədə XI siniflər üzrə rus dili fənnindən Lənkəran rayonu 10 saylı şəhər tam orta məktəbi 9-cu yerdə qərar tutub.
Təlim nəticələrinə görə
Lənkəran şəhər 6-saylı tam orta məktəbi, Masallı rayonu Çayqıraq kənd ümumi orta məktəbi,
Astara rayonu Toradi kənd tam orta məktəbi,
Lerik rayonu Vizəzəmin tam orta məktəbi bölgənin ən yaxşı məktəbləri hesab edilməldir.
Statistikadan göründüyü kimi bölgə məktəblərində təhsilin səviyyəsi qənaətbəxş deyil, Cəlilabad və Yardımlı rayonlarında isə təhsilin vəziyyəti faciəvidir.
Qeyd: Məktəblərin barama istehsalı barədə ststistikanı əldə etmək mümkün olmadı. Lakin heç şübhə etmirəm ki, bu sahədə təlim nərticələrindən fərqli olaraq irəlidəyik...
Cenub.az, Rabil Abidinov.