Kəklikotu çayı soyuqdəymə, bronxit və öskürək kimi xəstəlikləri aradan qaldırır, selikli qişaları qurudur və öskürəkdən xilas olmaq üçün bronxial keçid spazmını sakitləşdirir. Eyni zamanda, infeksiyalara qarşı mübarizə aparan antiseptik xüsusiyyətlərə malikdir. Boğaz ağrısını və öskürəyi sakitləşdirir. Kəklikotunun tərkibi efir yağları, minerallar, faydalı fenollar və flavonoidlərlə zəngindir. Kəklikotu xora, iltihab problemlərindən əziyyət çəkənlər üçün də olduqca faydalıdır.
Kəklikotu ayaqlarda baş verən revmatik ağrılar zamanı əzələlərin yığılmasının qarşısını alır və ağrıları yüngülləşdirir.
Kəklikotunun antiviral təsiri səbəbindən qripin tez və yüngül keçməsinə kömək edir. Yüksək hərarət, öskürək, boğaz ağrısı, iştahasızlıq, əzələ və sümüklərdə ağrılar qripin ən əhəmiyyətli əlamətləridir. Gün ərzində 3 dəfə kəklikotu çayı içməklə bu halların qarşısını almaq mümkündür.
Kəklikotunun tərkibində olan karvakrol xərçəng xəstəliyindən qoruma xüsusiyyətinə malikdir və bu da bitkini potensial xərçənglə mübarizə aparan qida maddəsi edir. 2015-ci ildə “Anti-Cancer Drugs” jurnalında dərc edilən bir araşdırma göstərdi ki, karvakrol xərçəng hüceyrə xəttinin yayılmasına və hərəkətinə maneə törədir.
Kəklikotu çayı tərkibindəki antioksidant və yüksək miqdarda flavonoidlər səbəbindən sağlam hüceyrə funksiyasını qoruyur, hüceyrələrdə və orqanlarda erkən yaşlanma əlamətlərinin qarşısını alır.
Tədqiqatlar kəklikotunun yüksək təzyiq probleminə də yaxşı təsir etdiyini göstərib/Qafqazinfo