Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Allah üzümüzə baxıb ki, Rusiya Azərbaycanı I Pyotrun vaxtında işğal etməyib…"


Bu gün Rus İmperatoru I Pyotrun anadan olmasının 350 illiyidir. Yubiley münasibətilə Rusiyanın bu günkü “padşahı” Putin kiçik bir auditoriyada xüsusi seçilmiş gənclər qarşısında çıxış edib. Bu çıxışın məzmunu çıxış edənin 100 faiz adekvat olmadığına, psixi xəstə olduğuna dəlalət edir. Putin həmişə olduğu kimi (məsələn 2-ci dünya müharibəsi) 1700-1721-ci illər arasında Rusiyasının İsveçlər üzərində qələbəsini özəlləşdirir bu müharibədə koalisiyanın (Norveç, Danimarka və bir neçə başqa ölkənin) olduğunu heç dilinə belə gətirmir. Əksinə sırtıq təbəssümü ilə Rusiyanın bu müharibədə öz torpaqlarını (yəni İsveçin rus torpağı olduğunu) geri qaytardı kimi qeyd edir.

Birincisi, bu müharibə nəticəsində Rusiyaya Baltik dənizinə çıxmağa icazə verilib, yəni heç bir İsveç torpağı işğal olunmayıb.

İkincisi, Rusiya ilə koalisiyada olan ölkələrin uduşu daha çoxdur.

Bu çıxışın müəllifinə ancaq bir ad vermək olar ağıldan kəm, əbləh! 

Çıxışın ikinci hissəsi daha absurddur. O, “I Pyotrun rus torpaqlarlarını geri (yəni İsveçi) qaytardı, indi bu işi görmək mənim boynuma düşür” kimi fikirləri ilə sözün əsl mənasında öz xislətini ortaya qoymuş oldu. Bu təhlükəli dəli insandan qorxmaq lazımdır. 

Müasir hərbi elm və qərb silahları ilə təchiz olunmuş Ukrayna ordusu Rus ordusuna divan tutur, ancaq bu adam hələ də Ukraynanı tutacağından sayaqlayır, bu işğalını tamamladıqdan sonra Litvanı işğal edəcəyinin anonsunu edir. Allah üzümüzə baxıb ki, Rusiya Azərbaycanı I Pyotrun vaxtında işğal etməyib…

Bu xəstə adam kəndləri, şəhərləri raketlər, təyyarələrlə xarabaya çevirir. Donbası öz torpaqları hesab edir, buna baxmayaraq hər yeri darmadağın edib. Bu əsl işğalçılıq siyasətidir. Hansı ki, dünyanın susqun duruşu və bu psixapata qarşı ən sərt tədbirlərə əl atmaması olduqca həyacan vericidir. Düşünürəm ki, belə bir xəstə adamdan ehtiyat etmək mütləqdir. 

Bu gün bu işğalçılıq siyasəti qarşısında Türk dövlətləri hərbi sazişinin bağlanması çox aktuallaşıb. Bu gücü bu ağıldan kəmə göstərmək lazımdır. Bəlkə o zaman anladı…

 

Rəsul Quliyev, ABŞ da yaşayan eks spiker






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10