Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı polisi bu dəfə iki Xıl və bir şəhər sakinlərini narkotiklə yaxaladı


Birini kənddə, birini Köhnə Bazar adlanan ərazidə, sonuncunu isə H.Aslanov küçəsində.

Cenub.az xəbər verir ki, 06 iyun 2022-ci il tarixdə Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat–axtarış tədbirləri nəticəsində Masallı rayonunun Xıl kənd sakini, 1982-ci il təvəllüdlü, əvvəllər narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşuğul olduğuna görə dəfələrlə məhkum olunmuş Fərzəliyev Fuad Adışirin oğlu qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib-becərməkdə, həmin kollara aqrotexniki qaydada qulluq göstərməkdə və kultivasiya etməkdə, eyni zamanda qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğundan onun yaşadığı, Masallı rayonu Xıl kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman oradan 10 ədəd, yaş vəziyyətdə, ümumi təmiz çəkisi 39,023 qram təşkil edən, əkilib-becərilməsi qanunla qadağan edilmiş çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür.

 RPŞ-də Fuad Fərzəliyev şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, təmiz çəkisi -6,533 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

  06.06.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş Fuad Fərzəliyevin barəsində  08.06.2022-ci il tarixdə Masallı rayon Məhkəməsinin qərarı ilə 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir.

  Faktla bağlı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Ramal Nuriyev tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri başlanmış cinayət işi üzrə istintaq davam etdirilir. 

Digər məlumatda isə bildirilir ki, 07.06.2022-ci il tarixdə Masallı RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayonu Xıl kəndində qeydiyyatda olmaqla yaşayan Ağayev Üzeyir Güləli oğlu Masallı şəhər Köhnə Bazar adlanan yerdə saxlanılaraq RPŞ-nə gətirilmiş, RPŞ-də Üzeyir Ağayevin üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sol yan cibindən 03 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi 2,832 qram; -3,301 qram; -2,556 qram; ümumi təmiz çəkisi: -8,689 qram təşkil edən çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa Üzeyir Ağayevin Masallı rayonu Xıl kəndində yerləşən fərdi yaşayış evinə keçirilən baxış zamanı oradan 01 ədəd ümumi təmiz çəkisi 120,0 qram olan yaş vəziyyətdə narkotik vasitə olan çətənə bitkisi aşkar olunaraq götürülmüşdür.

 Faktla bağlı Masallı RPŞ-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 220640135 saylı cinayət işi başlanılaraq istintaqı davam etdirilməkdədir.

Bu qəbildən olan 3-cü məlumatda isə bildirilir ki, 06.06.2022-ci il tarixdə Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18.09.2022-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, Masallı şəhəri H.Aslanov küçəsi ev 38-də qeydiyyatda olmaqla yaşayan Allaverdiyev Elşad Mövlə oğlunun üzərinə şəxsi-axtarış keçirilərkən onun üzərindən 1 ədəd bükümdə təmiz çəkisi 0,592 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Elşad Allahverdiyev barəsində fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və İstintaq Bölməsinin baş müstəntiqi, polis baş leytenantı Eminbəyli Elturan Arastun oğlu tərəfindən istintaq aparılır.

Məlumat Masallı RPŞ tərəfindən təqdim olunmuşdur.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10