Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cənubda Təhsil şöbələri qadın müdirlərlə vidalaşır


Məlum olduğu kimi son 1 ilə kimi cənub bölgəsinin 3 rayonunda - Lənkəran, Astara və Cəlilabad rayonlarında Təhsil şöbələrinə qadınlar rəhbərlik edirdi. 



Lənkəranlılar Təhsil şöbə müdiri Şəhanə Əhmədova ilə ötən il vidalaşdılar.



Cəlilabadda isə ötən həftə Təhsil şöbə müdiri Elminaz Nadirova vəzifəsindən azad edilib. Onların hər hansı digər vəzifəyə təyin olunması barədə məlumat yoxdur.



Dünən isə, 10 ildən artıq Astara Təhsil şöbəsinə başçılıq edən Qızbəs Məmmədova vəzifəsindən azad edilib.



Digər həmkarlarından fərqli olaraq Qızbəs xanımın vəzifəsi yüksəldilib. Belə ki, Qızbəs Məmmədova Astara rayon İcra Hakimiyyətinin Humanitar Məsələlər üzrə Müavini təyin edilib.

Qısa şərh: Göründüyü kimi məktəblərimizdə qadın müəllimlərin və direktorların sayı sürətlə çoxalsa da, qadın Təhsil şöbə müdirlərinin sırası eyni sürətlə seyrəlir.

Onu da xatırladaq ki, hər üç sabiq qadın Təhsil şöbə müdirlərinin nöqsanlı fəaliyyəti haqqında internet resurslarında kifayət qədər yazılar var. Sadəcə internetdə əvvəlki vəzifələrini və adlarını yazmaq kifayətdir.

Görəsən, cənubda bütün Təhsil şöbələrinə kişilər rəhbərlik edəndən sonra təhsilimiz kişiləşəcəkmi?






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10