Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

O, dünyanın ən böyük mükafatını ölüm yatağında qəbul etdi - Nobel alan yeganə Azərbaycanlı kimdir?


Nobel mükafatçısı alan yeganə bakılı alim yəhudi əsilli Lev Landau olub. O, 1962-ci ildə fizika sahəsində Nobel mükafatına layiq görülüb.

Nobel mükafat ona xəstəxanada təqdim edilib.

Həmin vaxt Landau avtomobil qəzası nəticəsində başından və döş qəfəsindən ölümcül xəsarət almışdı. Dünyanın məşhur fiziklərinin səyləri, onların Avropadan, ABŞ-dan göndərdikləri dərman preparatlarının yardımı nəticəsində Lev Landaunu ölümdən xilas etmək mümkün olub.
Nobel komitəsinin tarixində ilkə imza atan bakılı

Nobel komitəsinin tarixində ilk dəfə olaraq xüsusi hal kimi məşhur fizik Lev Landaunun Stokholma gedə bilməməyi nəzərə alınır və İsveçin Moskvada olan səfiri Nobel mükafatını xəstəxanada ona təqdim edir.

Lev Landau ömrümün iki ilini xəstəxanalarda keçirib, ancaq 1964-cü il yanvarın 25-də öz evinə qayıdıb.

Qeyd edək ki, Lev Landau 1908-ci il yanvarın 22-də Bakıda anadan olub. O zaman gələcək böyük alimin atası David Landau Balaxanı neft mədənlərində mühəndis, anası Lyuba isə mama-ginekoloq işləyirdi. 

1913-cü ildə kiçik Levin təhsil alması üçün onun ailəsi indiki Nizami və Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən evə köçür. Lev Landau 1924-cü ilə qədər həmin evdə yaşayır (hazırda evin qarşısında Landaunun orada yaşadığını bildirən lövhə var).

Landau 8 yaşında Bakıda gimnaziyaya daxil olur, 12 yaşında isə oranı əla qiymətlərlə bitirir. Lakin yeniyetmə olması onun ali məktəbə gedən yolunu kəsir. 12 yaşlı yeniyetmənin ali məktəbdə oxumasına qarşı çıxırlar.

Ailəsi məcbur olub onu Bakıdakı İqtisadiyyat Texnikumuna qoyur. Əvvəldən riyaziyyatdan xüsusi zövq alan Lev üçün iki illik texnikum təhsili demək olar ki, göydəndüşmə olur. Dərin maraq göstərdiyi riyaziyyatla daha sıx məşqul olmağa başlayır.

1922-ci ildə texnikumu bitirəndə Landaunun 14 yaşı var idi. Elə həmin il Azərbaycan Dövlət Universitetinə (indiki BDU) imtahan verərək, eyni vaxtda iki ixtisasa qəbul olunur: fizika-riyaziyyat və kimya.

1924-cü ildə təhsilini Leninqrad Universitetinin fizika fakültəsində davam edən Landau, buranı 1927-ci ildə bitirir. Daha sonra Leninqrad Fizika-Texniki İnstitutunda aspirant təhsilini davam etdirir və cəmi 21 yaşında doktorluq dərəcəsi alır. 

Həyatını dəyişən tanışlıq 

Hələ sağlığında ikən Landau təhsilini iki dövrə bölmüşdü: Nils Bora qədər və Bordan sonrakı dövr.

1929-cu ildə Landau ilk dəfə Avropaya getmək imkanı qazanır. Götingen və Leypsiqdə qısamüddətli dayandıqdan sonra Landau Kopenhagenə yollanır və burada Nils Borun Nəzəri Fizika İnstitunda çalışır. Landau öznünü həmişə Borun tələbəsi hesab edib və onun fizikiya olan münasibətində Borun misilsiz rolunun olduğunu qeyd bildirib.

Kopenhagendən sonra o Kembridc və Sürixə yollanır və yenidən SSRİ-yə qayıdır. 1932–37-ci illər aralığında Landau Xarkov Mexanika və Maşınqayırma İnstutunun nəzəri fizika kafedrasına rəhbərlik edir. 

1936–1937-ci illərdə Lev Landau "Fazaların ikinci növ dəyişmələri" nəzəriyyəsini və "Yüksəkkeçiricilərin aralıq vəziyyəti" nəzəriyyəsini yaradır, bu problemlərə həsr olunmuş elmi məqalələrlə çıxışlar edir.

Həmin dövrdə L.Landau artıq dünyada məşhur nəzəriyyəçi fizik kimi tanınırdı və 1937-ci ilin fevralında o, Moskva Fiziki Problemlər İnstitutuna dəvət olunur və həmin institutda nəzəriyyə şöbəsinə rəhbərlik edir.

Nobel mükafatı onu represiyaya da məruz qoyur

1937-ci ildə bütün ölkəni bürümüş repressiyalar dahi alimdən də yan ötməyib. Əvvəlcə Xarkovdan Moskvaya gələn alim 1938-ci ilin 17 aprel tarixində təhlükəzilik xidməti tərəfindən saxlanılaraq 1939-cu il aprel ayının 19-una qədər həbsdə saxlanılır.

Landaunun həbsini eşidən ustadı Nils Bor buna etiraz edir və o, Landaunun fizikada dünya elmi üçün nə dərəcədə əhəmiyyətli olduğu barədə İosif Stalinə məktub göndərərək onun azad edilməsini xahiş edir.

Onun və həmkarı Pyort Ksapitsanın Stalinə yazdığı məktublar müqabilində Lev Landau 1939-cu ildə azadlığa buraxılır.
Lev Landau 1962-ci ildə keçirdiyi avtomobil qəzasından sonra bir daha tam sağala bilmir və 1968-ci ildə Moskvada vəfat edir.

Yeganə Nobel alan bakılı Landau hələ sağlığında ikən London Kral Cəmiyyətinin, Danimarka Kral Elmlər Akademiyasının, Hollandiya Kral Elmlər Akademiyasının xarici üzvü, ABŞ Milli Elmlər Akademiyasının xarici əməkdaşı, Amerika İncəsənət Akademiyasının fəxri üzvü və Elmlər, Fizika Cəmiyyətinin (London) və Fransa Fizika Cəmiyyətinin fəxri üzvü olub.

Hazırda Bakıda Zabitlər Parkı, Bakı 1022 ünvanında yerləşən və özəl əsaslarla fəaliyyət göstərən Landau school (Landau məktəbi) də məhz bakılı nobel mükafatçısı Lev Landunun adını daşıyır.

Leyla Şah, Bizim.Media






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10