Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Müsəlmanlar insan sayılmır, onlara divan tutulur: film deyil, gerçəkdir


Hindistanda çəkilən filmlər dünyada məşhurdur. Keyfiyyətinə görə yox, kəmiyyətinə görə. Hindus filmlərində Xeyir həmişə Şərə qalib gəlir və əksi mümkün deyil.

Amma Hindistanda ekralanlardan kənarda Şər indi vəba kimi yayılıb.

... Hindistanın iqtidarda olan Xalq Partiyasının ("Bharatiya Canata Parti, BJP) mətbuat katibi Məhəmməd peyğəmbəri təhqir edib.

Mətbuat katibi Nupur Şarma TV-lərdən birində canlı yayıma qoşularaq Məhəmməd peyğəmbəri təhqir edib. Bununla kifayətlənməyən N.Şarma tarixi Gyanvapi məscidinin söküləcəyini və yerində hindus məbədinin tikiləcəyini bildirib.

Canlı yayımdan sonra Uttar Pradeş əyalətindəki hindus radikallar yenidən müsəlman məhəllələrinə hücum edib.

Hindistanda iqtidar partiyasının mətbuat katibinin canlı yayımda Məhəmməd peyğəmbəri təhqir etməsindən sonra İran, Qətər və Küveyt Hindistana nota verdi.

Hindistan hökuməti notaları qəbul edib və mətbuat katibini vəzifəsindən azad edib.

Qətər, Küveyt, İran, Oman, Pakistan və Səudiyyə Ərəbistanında yerli ictimaiyyət hind mallarını boykot etməyə başlayıb.

Bunlar Hindistanda İslama və müsəlmanlara qarşı dövlət səviyyəsində aparılan təqib, aşağılama və qısnama siyasətinin bir hissəsidir.

Faktlar çoxdur.

Məsələn...

Hindistan hökumətinin BMT-yə müraciət edərək "islamafobiya" ifadəsinin "religiyafobiya" ifadəsi ilə əvəzlənməsini istəyib...

Hindistanda iqtidarda olan "Bharatiya Canata" Partiyasının Yaşpal Suvarna ölkədə ictimai yerlərdə hicabın yasaqlanmasını tələb edib...

Dasna Devi məbədinin rəhbəri Yati Narsinqhanandın "müsəlmanlara qarşı müharibəyə" çağırış edib...

Son illərdə Hindistanda çəkilmiş və populyarlaşmış bir sıra filmlərdə, o cümlədən "Padmavaat"da, "Roja"da, "Omerta"da, "Sooryavanshi"də, "Goodachari"də, "Khakee"də, "Mulk"da müsəlmanlar maniakal dərəcədə qəddar, cəllad, psixopat və s. kimi təqdim olunublar...

Bu ilin iyun ayında ABŞ-nin dövlət katibi Entoni Blinkenin Hindistanda ibadət evlərinə və fərqli dinlərdən olan insanlara hücumların baş verməsi ilə bağlı narahatlığını ifadə edəndə rəsmi Dehli bu açıqlamaya çox sərt reaksiya verərək Vaşinqtonu "ikiüzlülük və müsəlman elektorata yarınmaq siyasəti yürütmək"də suçlayıb...

Koronavirus pandemiyasının geniş yayıldığı dövrdə Hindistanın Arunaçal Pradeş, Assam, Meghalaya, Manipur, Mizoram, Nagaland və Tripura bölgələrində "gözləri qıyıq olan"lar təqiblərə və ayrı-seçkiliyə məruz qalıblar...

Karnataka ştatı da hicabın ictimai yerlərdə yasaqlandığı bölgələr siyahısına qoşulub...

Nə baş verir?

Hindistanın baş naziri Narendra Modi onillərdir ki, "Hindistan hinduslar üçün" şüarını təkrarlayır. Bu şüar ölkədə iqtidarda olan BJP partiyasının fəaliyyət prinsipinə və ölkə hakimiyyətinin daxili siyasətinin leytmotivinə çevrilib.

Hindistan əfsuslar olsun ki, gün keçdikcə aqressiv, mürtəce, iyrənc hindus millətçiliyinə, "Hindutva" ideologiyasına doğru hərəkət edir.

Baş nazir Narendra Modinin tam dəstək verdiyi hindutva ideologiyası yenilik deyil.

Haqqında bəhs etdiyimiz bu aqressiv və mürtəce ideologiyanın müəllifi 1923-cü ildə "Hindutva: kim hindusdur?" məqaləsini dərc etdirmiş Vinayaka Damodar Savarkardır.

Hazırda ölkədə hindutva tərəfdarları "Sanqh Parivar" ("İttifaq Ailəsi") adlı hindus millətçiləri alyansında birləşiblər. Alyansa iqtidardakı "Bharata Canata Parti" ilə yanaşı, "Raştriya Svayamsevak Sanqh" ("Millətin Könüllü Xidmətçiləri İttifaqı"), "Bacranq Dal" ("Qüdrətlilər Dəstəsi") və "Vişva Hindu Parişad" təşkilatları daxildir.

Hindutvaya görə, ölkədəki caynistlər, buddistlər və siqhlər birləşməli, "hindus etnosu"nu formalaşdırmalıdırlar. Çünki məhz onlar "Hindistanın əsl sahibləri, dövlətin siyasi simasını müəyyənləşdirməli insanlardır".

Hindistandakı müsəlmanlara və xristianlara isə bütün siyasi hüquqlarla azadlıqlardan məhrum edilmiş azlıq rolu hazırlanıb.

Baş nazir Narendra Modinin və yaxın ətrafındakı ideoloqların fikrincə, hinduslar dünyanın ən qədim sivilizasiyasıdır - hindusların müqəddəs kitabları isə "bəhəriyyət üçün həyati önəm daşıyan gerçəklər"dən ibarətdir.

"Bharata Canata Parti"nin son qurultayında çıxış edən natiqlərdən biri deyib: "Biz hindusların dünyaya bəxş etdiyi hədiyyələrdən olan "Mahabharat"nı diqqətlə oxuyanlar anlayırlar ki, dünyada ilk mobil rabitə qədim Hindistanda idi. Əcdadlarımız hələ qədimlərdə təyyarələr, hipersəsli silah icad etmişdilər. Əcdadlarımız elm və texnikanın zirvələrini fəth edəndə dünyanın digər xalqları meşələrlə mağaralarda yaşayır, yarımvəhşi həyat sürürdülər".

Hakimiyyətin belə sərsəm açıqlamalarını kütlə qəbul edir, inanır və şübhə etmədən "gerçək" sayır. Nəticədə rəsmi Dehlinin zooloji millətçiliyi və irqçiliyi hindus kütlənin savadsızlığı ilə birləşərək təhlükəli kokteyl yaradır.

Narendra Modi və onun başçılıq etdiyi partiyanın mənsubları sürəkli təkrarlayırlar ki, onlar Mahatma Qandinin vəsiyyətlərinə uyğun olaraq zorakılığı siyasi mübarizə vasitəsi qismində qəbul etmirlər.

Həyasız yalandır, çünki hindutva ideologiyası zorakılığı, "rəqib"lərə divan tutulmasını siyasi mübahisələrlə fikir ayrılıqlarının çözülməsi vasitələrindən biri, "effektiv üsul" sayır.

Hindutva tərəfdarlarının "Hindistanda 200-300 milyon insanın yaşaması yetərlidir, aşağı kastalardan olanlar tam insan deyillər" deyərək yüz milyonlarla ölkə vətəndaşını bioloji tullantı qismində gördüklərini etiraf edirlər.

Aşağı kastalardan olan hindusları belə, insan hesab etməyən hindutva tərəfdarlarının müsəlmanlara və ya xristianlara olan nifrətindən geniş danışmağa gərək varmı?

Hindutva ideologiyası, yəni Hindistanın baş naziri Narendra Modinin və tərəfdarlarının siyasəti həm də Pakistan, Türkiyə və Azərbaycanı düşmən sayır, hədəfə elan edir.

Rəsmi Dehlinin Ermənistana az qala bütün sahələrdə tam dəstək verməsi də artıq rutin məsələdir.

Əslində, təəccüblü deyil: Hindistandakı hakim dairələrin kütlənin beyini hindutva ilə zəhərlədiklərini nəzərə alsaq, rəsmi Dehli düşmən hesab etdiyi türk dünyasına, müsəlman aləminə bütün vasitələrlə qarşı çıxır.

Hindistanda indi dövlət səviyyəsində "hindus faşizmi" adlandıra biləcəyimiz siyasət yürüdülür. Dövlət qurumları hindutva tərəfdarları olan dəstələri və yaraqlıları qeyri-rəsmi şəkildə dəstəkləyir, müsəlmanlara hücumların qarşısını almaq əvəzinə tərifləyir. Ölkədə hindus faşizminin, yəni hindutvanın yayılmasının təhlükəli olduğunu deyənlər isə terrora məruz qalır.

Bu eycəbərlik istənilən başqa ölkədə olsaydı kollektiv Qərb dərhal bəyanatlar istehsalına başlayar, sanksiyalar tətbiq edər, cəza mexanizmlərini işə salardı. Hadisələr Hindistanda baş verdiyi üçün "demokratik və mütərəqqi" Qərb susur, lal, kar və kor olur. Çünki Qərb üçün indi Hindistanın baş naziri Narendra Modinin hakimiyyəti Çinə qarşı mübarizə vasitəsidir. Bu səbəbdən Dehlinin faşizminə, islamofobiyasına və irqçiliyinə göz yumulur.

ABŞ da susur və təəccüblü deyil.

Azərbaycandakı ABŞ aşiqlərinin israrla dediklərinə və yazdıqlarına tam zidd olan həqiqət var: Birləşmiş Ştatların xarici siyasətində demokratiya, insan haqları və s. sadəcə, hədəf seçilmiş dövlətə təzyiq vasitəsidir.

ABŞ-ın göstərişlərini yerinə yetirən, Vaşinqtonun maraqları çərçivəsində davranan ölkədə isə hakimiyyət istədiyini edə bilər, çünki amerikalıların mənafeyi Vaşinqton üçün hər şeydən üstündür.

Hindistanın Çinlə qarşıdurması məsələsi varkən, Hindistandakı islamofobiya, müsəlmanlara qarşı repressiyalar, xristianların təqib olunması, məscidlərə hücumlar və s. Vaşinqtonu əsla maraqlandırmır.

Narendra Modi hakimiyyəti Çinə qarşı mövqelərində sabit olunca, ABŞ korporasiyaları üçün Hindistanda "əlverişli" mühiti qoruyursa istədiyini edə bilər - müsəlmanları hətta gettolara da yerləşdirə bilər.

Hindus faşizmi, müsəlmanlara qarşı ifrat dözümsüzlük və düşmənçilik, hindutva Qərbin maraqlarına hələlik cavab verir.

Qərbin geosiyasəti budur.

... "Bharata Canata Parti"nin idarə etdiyi Hindistan indi müsəlmanlar və xristianlar üçün dünyada ən təhlükəli dövlətlərdən birinə çevrilib. Müsəlmanlarla xristianları Hindistanda fiziki, psixologi və iqtisadi təqiblərə məruz qoyurlar.

Müsəlmanların dini ayinlərini, gündəlik yaşam qaydalarını, hətta yeməklərini belə, kriminallaşdıran qanunlar qəbul olunur.

1,4 milyard əhalisi olan Hindistanda yaşayanların təqribən 15 faizi müsəlman, 80 faizi hindusdur.

milli.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10