Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Deputatların qara siyahısı||--||



Təbii ki, bunlar ilkin versiyalardır və siyahı hər an dəyişə bilər.

Müxalifət, AXÇP-Musavat birliyi isə, deputatlığa öz namizədlərini təqdim etməyib. Digər gözlənilən namizədlər də hələ ki, yuxarının tam �həri�sini almadıqlarından meydana çıxmırlar. Yaxın bir ayda isə yəqin ki, çox qaranlıqlar aydınlaşacaq.

Yazı çapa gedən ərəfədə bəzi mənbələr məlumat yaydı ki, çətinliklə də olsa Əhəd Abıyev adını �qara� siyahıdan çıxartmağa nail olub.

Avqustun 18-də isə �Azadlıq� qəzeti bu mövzuda daha bir maraqlı məlumat yayıb. Həmin məlumata görə Sabir Rüstəmxanlı 72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputat olmayacaq. Bu dairəyə Fövqəlnazir Kamaləddin Heydərovun oğlu Taleh Heydərovun gözü düşüb. Xatırladaq ki, həmin dairə bütün Yardımlı rayonunu və Masallının İsti-su ərazisi də daxil olmaqla Qəriblər, Qodman, Kolatan və Sığdaş kəndlərini, qısası bu rayonun əsas istirahət mərkəzlərinin və meşələrinin yerləşdiyi kəndləri əhatə edir.

Bu xəbəri eşidənlərin bir çoxu xeyli sevinib. Onlar hesab edir ki, Kamaləddin atasının millət vəkili olduğu Qəbələni necə cənnətə döndəribsə, yəqin ki oğlunun deputat olduğu rayonu da eləcə cənnət edir.

Qəzetimizin rəssamı, həmin seçki dairəsindəki Sığdaş kəndində yaşayan Mətləb Dadaşovun təklifi isə daha maraqlıdır. O deyir ki, Kamaləddin müəllimin oğlundan çox şey istəmirik, bircə Masallını icra başçısı Qəzənfər Ağayevin səriştəsiz əməllərindən Masallını xilas etsin, bütün nəslimizlə ona ikiəlli səs verək.

Sabir Rüstəmxanlı üçün isə başqa dairədə yer axtarırlar.

Bu ərəfədə hakim Yeni Azərbaycan Partiyasındakı qruplaşmalar barədə məlumat yayılıb. Builki seçkilərdə YAP-çı namizədlər əsasən Ramiz Mehdiyevin, Kamaləddin Heydərovun, Ziya Məmmədovun, Bəylər Əyyubovun və Paşayevlərin komandalarından formalaşacaq. Hazırda bu komandaların hər biri Milli Məclisdə daha çox yer almaq uğrunda çarpışırlar.

Ülvi






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10