Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“İlkinlə gecə saat 1-ə kimi...” - “Nərmin işi”ndə şahid danışdı


Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi ilə bağlı məhkəmə prosesi davam etdirilib.

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfinin tələbi ilə dindirilməsi təmin olunan iki şahid ifadə verib.

İclasda ifadə verən şahid Rüstəm Süleymanov Nərmin itkin düşdüyü müddətdə İlkinlə birlikdə toya getdiklərini deyib. Onun sözlərinə görə, İlkinlə gecə saat 1-ə kimi toyda olublar.

Məhkəmədə ifadə verən digər şahid isə deyib ki, Nərmin Quliyevanın meyiti tapılmamışdan iki gün əvvəl İlkin Süleymanov və atası İbrahim Süleymanovla birgə yas mərasiminə gediblər:

“İlkin evdə oğurluq uşaq saxlasaydısa, nəyə görə yas yerinə gedirdi? Yas yerinə bir evdən bir nəfərin getməsi hər halda kifayət edərdi. Bundan başqa, yanmış meyit tapılan gün də İlkin Süleymanov Gəncədə yas yerində olub”.

Proses iyunun 7-də davam etdiriləcək.APA






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10