Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı Statistika İdarəsinə müdir verildi


Cenub.az bildirir ki, bir neçə ay boş qaldıqdan sonra, nəhayət, Masallı Statistika İdarəsinə müdir verildi.

Daha dəqiq desək, Dövlət İmtahan Komissiyasının keçirtdiyi müsabiqədə  ən yüksək, 20 baldan 17 bal toplayan  Bəgəlizadə Ramin Əziz oğlu 01 iyun 2022-ci ildə həmin vəzifəyə təyinat alıb.

Xatırladaq ki, həmin müsabiqəyə qatılan Ülvət Məmmədov, İsrafil Əliyev və Ramin Nüsrətov 16 bal həddinə keçə bilməyiblər.

Məlumat üçün bildirək ki, Ramin Bəgəlizadə Əziz oğlu 1994-cü ildə Lerik rayonunda anadan olub, Lənkəranda yaşayır. Bundan əvvəl Masallı Rayon Statistika idarəsində  Baş Məsləhətçi işləyib.

Təbrik edirik.

Cenub.az. Faiq Hüseynzadə






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10