Cenub.az xəbər verir ki, Masallı PŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində güclü təsir edən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışını həyata keçirən Masallı şəhər sakinləri Səlimov İlqar Havasət oğlu və Mehdiyev Ruslan Sayil oğlu cinayət əməlləri ifşa olunmaqla saxlanılmışlar.
Həmin şəxslərin üzərindən güclü təsir edən narkotik vasitələr aşkar olunmuş, hər iki şəxs barəsində Masallı RPŞ-nin İB-də CM-nin müvafiq maddələri ilə cinayət işi başlanaraq Məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.