Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ataları şəhid olandan sonra dünyaya gəldilər… - “Sonbeşiklər”


Onlar bu dünyaya ataları şəhid olandan sonra gəliblər. Əksəriyyətinə də atalarının daşıdığı əzəmətli adlar verilib. Bəziləri isə onlara qoyulan adlarla zəfəri, davamiyyəti, əbədiyyəti simvolizə edir: Şuşa, Nişanə, Cənnət kimi...

Hətta atasının adını böyüdəni belə olub, Kamrana kimi...

Məhz 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində ataları Vətən müharibəsində şəhid olandan sonra dünyaya gələn uşaqlarla bağlı sənədli film hazırlanıb. 

Filmdə əsas xətt bu körpələrin atasız qalmaqlarına baxmayaraq, onların öz şəcərələrinin həm genetik, həm də mənəvi davamçıları olmağıdır. 

Bizə əmanət qalan azyaşlıların hər biri eyni zamanda atalarının yarım qalan arzularının yenidən çiçəklənməsi, davamıdır.

“Nar”ın dəstəyi ilə ərsəyə gələn “Sonbeşiklər” adlı filmdə atalarının şəhidliyindən sonra doğulan 102 uşaqdan 13-ü lentə alınıb.

Sözügedən filmi təqdim edirik:

qafqazinfo






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10