Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Serial bazarı - Aktyorlarımız nə qədər pul qazanırlar? - QİYMƏTLƏR


90-cı illərdən teleməkanda serial bumu başladı. İlk illər Cənubi Amerika qitəsindən gələn seriallar ürəkləri və beyinləri  fəth etdi. Qadınlar  çaşıb ərlərini Xulio çağırdılar, kişilər Mariannanın, Mariyanın xəyalına sarıldılar…  

Zaman keçdi, Türkiyə serialları bu böyük bazarda öz yerini möhkəmlətdi. O dərəcədə möhkəmləndi ki hətta seriallara siyasi çalarlar belə qatıldı, bu güclü təbliğat maşını ilə qədim türklük, türk tarixi əməlli-başlı təbliğ olundu. Türkiyə seriallarına çəkilən aktyorlar həm məşhurluq, həm də sərvət qazandılar.  Məsələn “Möhtəşəm yüz yıl” serialında baş rol ifaçısı Xalid Erginc hər  bölümdə 170 min dollar qazanırdı. Serial xarici ölkələrdə nümayiş etdirildiyi  müddətdə o yenə öz qonorarını alır. Və nəhayət Azərbaycan da bu axına qoşuldu, hər nə qədər tamaşaçı seriallarımızın keyfiyyətindən, aktyorlar da alqıqları qonorarlardan narazı olsalar da, Azərbaycanın serial bazarı var.

Aktyorlarımızın fikirncə digər ölkələrlə müqayisədə Azərbaycanda aktyorlar  çox az qonorar alırlar. Bu səbəblər aktyorlarımız qonşu ölkələrdən təklif gələrkən bunu həvəslə qəbul edirlər. Rusiyada aylqı qonorarla işləyən aktyorların gəliri 1000-10000 dollar arasında dəyişir. Məsələn, Rusiya seriallarında  çox məşhur olmayan aktyora 250 dollar verilir və bu çox yüksək qiymət hesab olunmur. Tanınan simalar günü 700 dollara da çəkilə bilirlər. Təbii ki, orda da bizdə olduğu kimi kateqoriyalar “xalq artisti”, “əməkdar artist” və gənc aktyor kateqoriyalarına fərq qoyulur.“

Azərbaycanda aktyorun çəkiliş gününə orta hesabla 150-200  manat verilir”. Şəxsən mən ayı 1000 manata çəkilirəm. Aktyorun  filmdə rolu çoxdursa,  onu  film şirkəti sərfəli olsun deyə, aylığa bağlayırlar. Mən də aylığa işləyirəm. Həftədə 2-3 gün çəkilişim olur”. Bu sözləri Lent-az-a açıqlamasında aktyor Rəşad Səfərli səsləndirib.

“Aktyor var 50 manata çəkilir,  aktyor var 150 manata. Rolun böyüklüyündən, aktyorun məşhurluğundan, filmin büdcəsindən asılıdır.  Böyük vədlər verib, aktyoru aldadanlar, az qonorar verənlər də var. Gərək kiminlə işlədiyini biləsən. Ekran işinin  normal büdcəsi olanda günə  300 manat verənlər də olur. Aktyor da var az alsa da, “çox aldım” deyib özünü reklam edir. Öz  qiymətini yüksəltmək üçün. Çəkilişdən çəkilişə fərq var. Əgər çöl çəkilişidirsə, nisbətən yüksək qonorar ödənilməlidir: Setkom, çöl, içəri, natura çəkilişlərinin hər birində  fərqli qiymətlər olmalıdır. Öncədən  dəqiq nəsə demək üçün konkret şərait olmalıdır”,- deyə aktyor qeyd edib.

 Aktyor Əkbər Əlizadə bu suala cavab vermək istəmədi. “Heç bir aktyor hansı filmdən nə qədər qonorar aldığını dilə gətirmir.Qiymət məsələsinih kəs özü ayrılıqda  danışır. Mən özüm  nə qədər  pul aldığımı heç vaxt demirəm. Məncə bu barədə soruşmaq da düzgün deyil. Pul az olanda  kimsə gəlib onun  üstünü düzəldir və ya artırır?”

O ki qaldı kimin ən bahalı aktyor sayılmasına, Rasim Balayev, Fəxrəddin Manafov, Sənubər İskəndərli kimi böyük sənətkarlar ən bahalı serial aktyorları hesab olunurlar ( günə ən az 500 manat). Çəkilməzdən öncə xeyli araşdırır, rola, ssenariyə ciddi diqqət yetirirlər. Əməkdar artist Nahidə Orucova  bir seriya üçün 500 manat, Tünzalə Əliyeva 300 manat tələb etdiyini bildirib.

Aktyor və prodüser Elməddin Cəfərov aktyor və aktrisalar arasında “yetim babası” və ya çörək verən adam kimi tanınır.  Amma onun da daima işlədiyi bir aktyor qrupu, kollektivi var. Hər bir halda seriallar teatrda  maaşdan qane olmayan aktyorlar üçün əlavə  iş  və dolanış imkanı verir.

Azərbaycanlı izləyici seriallarımızdan məmnundurmu? Çəkənlər deyir “hə”, baxanlar deyir “ yox”.

Bəlkə ucuz ətin şorbası olmaz, ona görə?/lent.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10