“Həssas qrupdan olan qadınlara dəstəyin göstərilməsi” layihəsi çərçivəsində növbəti tədbir başa çatıb. Belə ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilarına Dövlət Dəstəyi Agentliyi layihəsi çərçivəsində rayonun 5 ərazisində keçirilmiş görüşlərdə seçilən, həssas qrupa daxil olan –əlil, həyat yoldaşını itirmiş, boşanmış, digər səbəblərdən tənha, imkansız olan... 10 qadın “Ümidim sənsən” İctimai Birliyinin dəstəyi ilə kompüter kurslarına cəlb olunub. Bu kurslara cəlb olunan qadınlar əsasən rayonun Şərəfə, Bədalan, Ərkivan, Caxırlı ərazilərindən seçiliblər.
Peşəkar kompüter mütəxəssisi Könül Şahmarova və Uğur komputer kursu rəhbərliyi altında keçirilən 1 aylıq kurslarda qadınlar kompüterlə bağlı ilkin bilgilərin yiyələnmiş, ofis proqramlarını öyrənmişlər.
Artıq onlardan bir neçə nəfəri xeyriyyəçilər tərəfindən kompüterlə təmin edilmiş, 2 nəfər evdə işləməklə kompüter işinə cəlb olunmuşdur.
Mayın 31-də kursu bitirənlərə “Ümidim sənsən” İB-nin sertifikatlar təqdim olunmuşdur. Tədbirdə iştirak edənlər belə kursların çox faydalı olduğunu qeyd etməklə, bu qəbildən olan, peşə yönümlü təlimlərin davamlı olmasını təklif etmişlər.
Cenub.az. Faiq HÜSEYNZADƏ