Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bağlı qapılar arxasında şok qərar – Kremldə Putinə qarşı QİYAM QALXDI


Rusiya Prezidenti Vladimir Putin Ukraynada ilişib qalıb. O, reputasiyasını qoruyub saxlamaq istəyir, amma nə qalib gələ, nə də geri çəkilə bilir.

Bu barədə “Vaşinqton Post” qəzeti yazıb.

“Rusiya lideri açıq şəkildə bildirib ki, Ukraynadakı “xüsusi əməliyyat”ın tənqidinə dözməyəcək, bunu “işğal” adlandıran rusları 15 ilə qədər həbs gözləyir. Amma daxildə Kremlin davranışlarını bəyənməyənlər getdikcə üzə çıxırlar”, – nəşr qeyd edib.

Qəzet artıq bəzi rusiyalı hərbçilər və siyasətçilərin qan tökülməsində iştirak etmək istəmədiklərini bildirib:

“Rusiya Hərbi Məhkəməsi bağlı qapılar arxasında 115 hərbçisinin “xüsusi əməliyyat”da iştirakdan imtina etdiyinə görə qanuni olaraq azadlığa buraxılması barədə qərar verib. Amma “İnterfaks” yazır ki, qərardan şikayət verilə bilər.

İki gün əvvəl Kommunist partiyasının Vladivostok üzrə deputatı Leonid Vasyukeviç Rusiya hakimiyyətindən Ukraynada hərbi əməliyyatları dayandırmağı və qoşunlarını geri çəkməyi tələb edib.

“Başa düşürük ki, ölkəmiz hərbi əməliyyatı dayandırmasa, ölkədə daha çox yetim uşaq olacaq”, – deputat vurğulayıb.

Qəzet yazıb ki, uğursuz əməliyyatlarından sonra apreldə rus qoşunlarının Kiyev və Çerniqov vilayətlərindən çıxarılmasına görə Kremli sərt tənqid edənlər də var:

“Ruslar həmçinin Rusiyanın Donbasda – Severskidonetsk çayı yaxınlığında keçirilən əməliyyatın uğursuzluğundan şoka düşüblər. Bu əməliyyat zamanı 485 rus hərbçisi məhv edilib, eyni zamanda, 80 zirehli texnika itiriblər”.\\teleqraf.com






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10