Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Rusiyanın Ukraynadan oğurlanmış taxılla dolu gəmisi Suriyaya çatdı...-"CNN"


Yeni peyk görüntüləri göstərir ki, Rusiyanın “Matros Pozınıç” yük gəmisi, ehtimal ki, işğal olunmuş ərazilərdəki Ukrayna təsərrüfatlarından oğurlanmış taxılla Suriyanın Latakiya limanına gəlib. Qeyd olunur ki, bu, Rusiya gəmisinin dörd həftə ərzində ikinci səfəridir.

Ukrayna mediası xəbər verir ki, "CNN"-in yaydığı məlumata görə, "Maxar Technologies" tərəfindən təqdim edilən yeni görüntülər "Matros Pozınıç"in mayın 27-də Latakiyaya gəldiyini göstərir. Bu, Rusiyanın Ukraynaya təcavüzündən sonra Sevastopol limanında taxıl yükləyən üç gəmidən biridir. O, sonuncu dəfə mayın 19-da Sevastopolda görülüb. Daha sonra Bosfor boğazından keçib və daha da cənubda Türkiyə sahilləri boyunca üzüb . Gəmi təxminən 30 min ton taxıl daşıya bilir. 

Digər oxşar gəmi də son iki həftə ərzində Sevastopolda taxılla yüklənib...

 

Sultan Laçın/moderator.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10