Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bölgəmizin iki gənc şairinin kitabı çapdan çıxıb.


Lənkəranın Osakücə kəndində dünyaya göz açan, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" media mükafatının laureatı, gənc şair Ziya Dilsuzun sayca üçüncü, "Ayrılıq və Nöqtə" şeirlər kitabı işıq üzü görüb. Kitabda məhəbbət mövzusunda ayrı-ayrı şeirlər və bir poema yer alıb.Yeni kitabın redaktoru AYB-nin Lənkəran Bölməsinin sədri, yazıçı Qafar Cəfərli, ön söz müəllifi isə şair Ağamir Cavaddır.

 Qeyd edək ki, Ziya Dilsuzun bundan öncəki digər kitablarının adı "Sənazlığı" və "Sevməyin düsturu" adlanır.

Kitabı çap olunan digər gənc şair isə Əyyub Türkaydır.

Əyyub Türkayın uşaqlar üçün qələmə aldığı "Balacaların şeir çələngi" adlı kitabında məktəbəhazırlıq qruplarında, bağçada, ibtidai sinifdə təhsil alan uşaqlar üçün müxtəlif mövzulu uşaq şeirləri, təmsillər və tapmacalar yer alıb.

Müasir Azərbaycan şeirinin istedadlı nümayəndələrindən olan Əyyub Türkay (Əyyub Ağakərim oğlu Məmmədov) 1988-ci ildə Lənkəran şəhərində anadan olub. 2008-ci ildən Cənub Televiziyasında teleaparıcı-jurnalist vəzifəsində çalışmaqla yanaşı, dövrü mətbuatda publisistik məqalələri ilə çıxış edir. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür (2020). İxtisasca texnologiya müəllimi olan Əyyub Türkay uşaqlar üçün qələmə aldığı "Balacaların şeir çələngi" adlı kitabı ilə ilk dəfədir ki, oxucularının görüşünə gəlir.

Cenub.az şairlərin bir neçə şeirini təqdim edir:

Ziya Dilsuz:

Tanrı əlindən saldı yer kürəsini


Kimsə çalışmadı, qar­anlıqlara

Özü boyda işıq yandı­rmaq üçün.

Tanrı da əlindən yer kürəsini

Qəsdən saldı yerə sı­ndırmaq üçün.


Azdıra bilmirəm, qova bilmirəm,

Ömür arxam ilə gəlib sürünür.

31 yaşımda mənim göz­ümə

Ayrılıq bambaşqa rən­gdə görünür.


Hər kiçik itkiyə kəd­ərlənmədim,

Adama itki də bəzən gərəydi.

Məni küskünlükdə qın­ayan biri,

Kimi itirmişdim, har­dan biləydi?


Hansı uzaqlarda olur­sa, olsun,

Çıxıb arxasıyca qaçıb gedəsən.

Ümid öz özünə heç va­xt böyümür

Vaxtında gərəkdi qul­luq edəsən.


Tanrım, səbrinə qurb­an!


Kimdi xoşbəxtlikdən ürəyi toxdu?

Uşaqtək inciyən indi nə çoxdu,

Bəxtindən küsənin ağ­lı ki yoxdu,

Küssən, bəxt gözəllə­şir?


Bir an düşünmədik sə­fərimizi,

Dəyişdik yalanla öz yerimizi,

Tanrı bağışlamaz heç birimizi,

Biz günah etməsək də.


Mən şübhələrimi qəlb­dən silirdim,

Dərd bildiklərimə bə­zən gülürdüm,

Bütün adamları adam bilirdim,

Aldadırdım özümü.


Görməkdən adamın gözü də bezib,

Yüzündən soruşsaq, yüzü də bezib

Dünyadan dünyanın özü də bezib,

Tanrım, səbrinə qurb­an!


Əyyub Türkay

=QOL SAATI=

Qol saatın çox sevir,

Bizim üç yaşlı Aygün.

Qələmlə öz qoluna,

Saat çəkirdi hər gün.


Elə bilir qoluna,

Gerçək saat bağlayır.

Çəkdiyi saat şəkli,

Silinəndə ağlayır.


Atası bunu gördü,

Birdən yadına saldı.

Balaca dəcəl qıza,

Oyuncaq saat aldı.


Aygün çox sevinirdi

Artıq saat taxırdı.

Üzündə xoş təbəssüm,

Atasına baxırdı.


KƏNANIN YALANI


Dərsini öyrənmədi,

Bu gün məktəbli Kəna­n.

Dedi, müəllim soruşs­a,

Tez söylərəm bir yal­an.


Dərsi başlayan zaman,

Qorxu tutdu Kənanı.

Axı, birazdan onun,

Çıxacaqdı yalanı.


Müəllim gördü şagird,

Gərgin görünür yaman.

Çünki boşa çıxmışdı,

Onun qurduğu plan.


Dedi: -Kənan bilirəm,

Dərsə hazır deyilsən.

Bu gün nəticə çıxar,

Öyrən gələn dərsi sə­n.


Kənan söz verdi daha,

Oxuyub, çalışacaq.

Yalanları unudub,

Düzünü danışacaq.


Cenub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10