Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin doğum günüdür. Onunla bağlı maraqlı faktları təqdim edirik.
Atası varlı tacir olub. İlyas Əfəndiyev 7 yaşında olarkən atasını itirib. Anası ərə getməyərək ömrünü dörd oğlu və bir qızına həsr edib.
***
Sovet dövründə, 30-cu illərdə ailəsi ciddi təqiblərə məruz qalmış, ata-baba mülkü əllərindən alınmış, ailənin bəzi üzvləri “xalq düşməni” kimi güllələnmiş, bəziləri həbs edilərək sürgün olunmuşdur.
***
Yazıçı o dövrün ağrılarını bu cür xatırlayırdı:
“Ailəmiz çox ağır vəziyyətdə idi. Atam səs hüququndan məhrum edildiyi üçün uzun illər işsiz qaldı. Yeddi uşağın böyüyü mən idim. Atamın vaxtı ilə tikdirdiyi böyük evimiz əlimizdən alınmışdı. Bizim doqquz adamdan ibarət ailəmizə hökumət tərəfindən zəbt edilmiş evimizin ikinci mərtəbəsində iki balaca otaq vermişdilər. Balaca qardaşlarım yemək stolunun altında, üstündə yatırdılar”.
***
İlyas Əfəndiyev atasınında zəhərləndirilərək öldürüldüyünü söyləyirmiş.
***
Çətin günlər keçirən ailə Şuşaya köçür. Uşaqlıq illərinin müəyyən hissəsi Şuşada keçdiyindən yazıçının yaradıcılığında Şuşa və Qarabağ mövzusu mühüm yer tutub.
***
Yazıçılar İttifaqının katibi işləyib. Amma uzun sürməyib. İşindən istefa verib. Yazıçı səbəbini belə açıqlayıb: “Ədəbiyyat kolxozu tərifləməkdən ibarət deyil”.
***
***
Yazıçı müəyyən zaman içində rəsmi işlərdə çalışsa da bu uzun çəkməyib. Daha sonra ancaq yaradıcılıqla məşğul olub, rəsmi işlərdən imtina edib.
***
Bir dəfə orta məktəbdə oxuyanda sinif yoldaşı ilə Azərbaycandan qaçmaq istəyirlər. Sübh tezdən Arazı keçib, İrana getmək fikrində olurlar. Ancaq gələcəyin yazıçısı ansını düşünərək getməkdən vaz keçir. Sinif yoldaşı isə Arazı keçir və 50 il ondan xəbər çıxmırş. 50 ildən sonra Məhəmməd adlı həmin dostunun Türkiyədə yaşadığı bəlli olur.
***
O, Dövlət mükafatı ilə təltif olunsa da, Xalq yazıçısı adını alsa da, əsərləri ən böyük teatrlarda səhnəyə qoyulsa da, ata-babası repressiya edildiyi üçün heç vaxt Kommunist Partiyasının üzvü olmayıb.
***
Xalq yazıçısı qəfil arıqlamağa başlayır. Həkimlər ona xərçəng xəstəliyi diaqnozu qoyurlar. Ancaq sonradan məlum olur ki, bağırsaqda dolaşıqdır. Əməliyyatla hər şey düzəlir, amma yazıçı ömrünün sonunacan pəhriz saxlamalı oldu. Bundan sonra 17 il yaşayan İlyas Əfəndiyev 82 yaşında dünyasını dəyişir.
***
Əlində yarımçıq qalan son yazısı müğənni həmyerlisi Qəndab Quliyev haqqında məqalə olub./kulis.az