Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı şəhər və Nəzəroba kənd sakinlərindən ümumilikdə 1 kq-dan artıq heroin və digər narkotik maddələr tutulmuşdur


23 may 2022-ci il tarixdə Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 12.07.1969-cu ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, məhkumluğu ödənilməmiş və qanunvericiliklə nəzərdə tutulmuş qaydada götürülməmiş, orta təhsilli, işləməyən, evli, Masallı şəhəri, Dadva küçəsi ev 5-də daimi qeydiyyatda olmaqla yaşayan Quliyev Niyazi Nəsir oğlu narkotik vasitələrin qanunsuz dövriyyəsində, istifadəsində və üzərində gəzdirməsində şübhəli olduğundan Masallı RPŞ-nə gətirilmişdir.

 Şübhəli şəxs qismində tutulmuş və üzərində axtarış aparılmış Niyazi Quliyevdən axtarış zaman əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 03 ədəd şəffaf rəngli sellofana bükülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 0,215 qram, 0,174 qram, 0,193 qram olmaqla ümumi təmiz çəkisi-0,582 qram təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Niyazi Quliyevin Masallı şəhəri Dadva küçəsi ev 2 ünvanında yerləşən fərdi yaşayış evinə keçirilmiş baxış zamanı həmin evin ikinci mərtəbəsinin dəhlizində olan çarpayıdakı yataq dəstinin altından üzərində “FATZORB” sözü yazılmış bir ədəd dəmir qabın içərisindən 05 ədəd şəffaf rəngli sellofana bükülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 0,204 qram, 0,169 qram, 0,154 qram, 0,136 qram, 0,228 qram olmaqla ümumi təmiz çəkisi-0,891 qram təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin və 01 ədəd şəffaf rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 0,201 qram təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.

       Faktla bağlı Masallı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis leytenantı Bədrəddin Yasərli tərəfindən 24 may 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə 220640121 nömrəli cinayət işi başlanılaraq istintaq aparılır.

Bu istiqamətdə digər əməliyyat isə Boradigah Qəsəbə polis bölməsinin keçirtdiyi axtarış-əməliyyat tədbirləri nəticəsində elə həmin gün rayonun Nəzəroba kəndində baş tutmuşdur.

Belə ki, 05.11.1969-cu il tarixində Masallı rayonunun Miyənkü kəndində анадан olmuş, Azərbaycan respublikasının vətəndaşı, orta təhsilli, əvəllər məhkum olunmamış, ailəli, işsiz, hazırda Masallı rayonunun Nəzəroba kəndində qeydiyyatda olan və yaşayan Zamanov Elman Polad oğlunun yaşadığı Nəzəroba kəndində yerləşən həyətyanı sahəsindəki kustar üsulla hazırlanmış istixanaya baxış keçirilən zaman oradan 60 ədəd, ümumu təmiz çəkiləri 12865 qram olan yaş vəziyyətdə bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür.

Faktla bağlı İB-nin baş müstəntiqi İqbal Rəhimli tərəfindən 24.05.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə 220640120 nömrəli cinayət işi başlanaraq cinayət işinin istintaqı davam etdirilir.    

Məlumatlar Masallı Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuşdur.     








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10