Hadisə M.M.Axund küçəsi ilə köhnə Ələt-Astara magistralının yolayrıcında, rayonun Şilavar kəndi ərazisində baş verib. Belə ki, 1974-cü il təvəllüdlü Məmməd Axundov küçəsi 108 ünvanında yaşayan Camal Babadayı oğlu Ağayevi Vaz 2106 markalı avtomobil vurub. Sürücü yaralını dərhal Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırıb. C.Ağayev reanimasiya şöbəsinə yerləşdirilib. Xəsarət alan şəxsin həmin ərazidə dilənçilik etdiyi söylənilir.
Faktla bağlı araşdırma aparılır.