Hadisə Lənkəran rayon Bəliton kənd ərazi vahidliyinə daxil olan Horavenc kəndində baş verib. Belə ki, Bəliton kənd sakini 1979-cu il təvəllüdlü Zöhrab Ağahüseyn oğlu Quliyev idarə etdiyi Zil -131 markalı avtomobillə ot bağlamalarını gətirmək üçün qonşu Horavenc kəndinə gedib. Oğlu 2013-cü il təvəllüdlü Nemət Quluzadəni də özü ilə götürüb. Əraziyə çatanda Nemət ağaclardan hörülmüş darvazanı açmaq üçün maşından enib. Atası isə yük avtomobilini hərəkətə gətirib. Bu zaman bədbəxt hadisə baş verib və övladına xəsarət yetirib.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan N.Quluzadənin həyatını xilas etmək mümkün olmayıb. əsəblərinə hakim ola bilməyən ailə üzvlərii xəstəxananın mühafizəçisi polis serjantı Yusif Əliyevə sifət nahiyəsindən ağır xəsarət yetiriblər.
Eyni zamnda xəstəxanasının həkimi Cəmil İbadullayevə də müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.
DİN Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan xəstəxanada baş verən döyülmə faktı ilə bağlı açıqlaması:
Dünyasını dəyişən şəxsin qardaşı Mərkəzi Xəstəxanada xidmət personalı ilə mübahisə yaradıb. İki nəfərə xəsarət yetirib. Hazırda faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır. Müvafiq ekspertizalar təyin edilib. Təfərrüatlar ətraflı araşdırmanın nəticəsində müəyyən olunacaq və məsələyə hüquqi qiymət veriləcək