Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Mən bunu heç vaxt unutmayacam...“ - Rusiyalı zabitdən tükürpədici açıqlamalar


Xerson vilayəti uğrunda döyüşlərdə iştirak edən və tərxis olunması barədə raport təqdim edən rusiyalı hərbçi yerli sakinləri qəzəbindən qorxuya düşdüyünü deyib. Moderator.az xəbər verir ki, bu barədə o, Amerikanın CNN nəşrinə danışıb. Hərbçinin adı təhlükəsizlik mülahizələrinə görə açıqlanmır.



Jurnalistlər qeyd edib ki, bu şəxs Rusiya ordusu ilə müqavilə bağlayıb və kiçik zabit rütbəsində olub. Rusiyalı danışıb ki, 2021- ci ilin noyabrından Ukrayna sərhədlərində cəmləşən qoşunların manevrlərinə cəlb edilən bölmələrin birinə rəhbərlik edib. Lakin o, guya ki, onların döyüş əməliyyatlarında iştirak etmək üçün Ukraynaya göndərilməsinin planlaşdırılmasını düşünməyib.

Fevralın 22- də onun xidmət keçdiyi bölmə Krasnodarda olanda, komandanlıq onların taboruna mobil telefonları hərbi hissənin ambarında saxlanılması üçün təhvil verməyi əmr edib və heç bir əlavə izahat verilməyib. Lakin bir neçə saatdan sonra onlara taborun sərəncamında olan hərbi texnika üzərindəki zolaqları silib ağ boya ilə "Z" hərfini həkk etmək əmri verilib.

"Fevralın 23- də bizi Krıma göndərdilər. Düzünü desəm, mən Ukraynaya gedəcəyimizi düşünmürdüm. Mən məsələnin bu həddə çatmasını zənn etmirdim. Bizə hansısa "Ukrayna nasistləri" barədə danışıb beynizimi doldururdular. Əksəriyyətimiz qarşımıza qoyulan məqsədləri və orada nə etməli olduğumuzu  anlamırdıq. Bəzi hərbçilər dərhal imtina etdilər. Sonra onların başına nə iş gəldiyindən xəbərim yoxdur. Mən qaldım. Bilimirəm niyə qaldım. Ertəsi gün biz Ukrayna istiqamətinə yola düşdük", - rusiyalı danışıb.

Onun sözlərinə görə, ukraynalılar rusiyalı hərbçilərinə heç də qucaq açmadılar və sərt aqressiya nümayiş edirdilər: "Mən KamAz- da əyləşib avtomatı özümə bərk sıxmışdım. Mənim həm də tapançam və iki qumbaram vardı. Xersona girəndə əsgər payoklarının ətrafa səpələnən qutularını və çoxlu sayda məhv edilən texnikanı gördüm. Xerson tərəfə gedəndə bir kənddən keçirdik, bu zaman bizim konvoyun qarşısına əlində qamçı bir kişi çıxaraq söyüş söydü: "Siz zibilin içindəsiniz!" O, bizim əyləşdiyiniz kuzova qalxmaq istəyəndə mən onun göz yaşlarından nəmli gözlərini gördüm. Mən bunu heç vaxt unutmayacağam... 

Ümumiyyətlə, biz yerli sakinləri görəndə gərgin olurduq. Onların bəziləri paltarlarının arxasında silah gizlədib, bizə yaxınlaşanda atəş açırdılar".

Rusiyalı zabit etiraf edib ki, Ukraynada olduğu ilk vaxtlar o, psixoloji cəhətdən deprrssiya keçirib:

"İlk həftə mən şok vəziyyətində idim. Mən heç nə haqqında düşünmürdüm. Sadəcə, uzanıb yatanda düşünürdüm ki, "bu gün martın 1- dir, sabah oyananda martın 2- ci olacaq, əsas bir günü də yaşamaqdır".

Bir neçə dəfə mərmilər mənə çox yaxın olan yerə düşüb. Bu bir möcüzədir ki, heç kim həlak olmayıb. Biz natəmiz və yorğun idik. Ətrafımızda insanlar həlak olurdu. Mən bütün bunların bir parçası olmaq istəmirdim. Amma belə çıxır ki, mən bütün bunların bir hissəzi olmuşam".

Rusiyalının sözlərinə görə, onun bölməsində xidmət edən hərbi qulluqçuların əksəriyyəti Ukraynada nə məqsədlə döyüşdüklərini anlamayıb. Rusiyalı zabit təkid edib ki, onlar mobil telefonlarını Krasnodarda təhvil verdiklərinə görə bütün dünyadan "təcrid" vəziyyətdə olub. Ona görə də, guya, Rusiyada, Ukraynanın digər regionlarında və dünyada baş verənlərdən xəbərsiz olublar.

Ukraynanın işğal edilən ərazilərindəki kəndlərdən keçərkən özü sifətini yerli sakinlərdən gizlətmək istəyib, çünki işğalda əli olduğundan xəcalət çəkib.

Eyni zamanda, rəhbərlik döyüş əməliyyatlarında iştiraka görə əlavə ödənişlər barədə məlumat verəndə, rusiyalı əsgərlərin bir hissəsi buna sevinib və deyiblər ki, "nə yaxşı, daha 15 gün də burada dözərəm və kreditlərimi bağlayaram".

Xersonda yerləşdiriləndən iki, yaxud üç gün sonra Ukrayna Silahlı Qüvvələri tərəfindən minaatanlarla atəşlər başlanıb.

Bir neçə həftədən sonra bu zabit arxa cəbhədə dağılmış zirehli texnika konvoyunu müşayiət etməyə göndərilib. Orada radioqəbuledici olduğundan rusiyalı hərbçi xəbərləri dinləyə bilib.

"Mən öyrəndim ki, mağazalar bağlanır və iqtisadiyyat dağılır. Mən xəcalət çəkirdim, mən

Ukraynaya gəldiyimizə görə şəxsən özümü günahkar hiss edirdim. Nəhayət, özümdə güc tapıb, komandirin yanına gələrək tərxis olunmağım barədə raport təqdim etdim".

Rusiyalı iddia edib ki, komandir əvvəlcə raportu qəbul etməkdən imtina edib, onu cinayət işinin açıla biləcəyi ilə təhdid edib. O, bunu "vətənə xəyanət və fərarilik" adlandırıb və buna görə ağır cəza nəzərdə tutulduğunu söyləyib.

Hazırda rusiyalı öz ailəsi ilə Rusiyadadır, lakin o, müharibə bitəndən sonra onu nə gözlədiyini bilmir.

Jurnalistlər hüquq müdafiəçiləri və Rusiyada əsgər anaları Komitəsinin nümayəndələri ilə ünsiyyətdə olub. Onlar təsdiq edib ki, bir çox rusiyalı hərbçilər Ukraynada döyüş əməliyyatlarında iştirak etməkdən imtina barədə raportlar yazıb. Hüquq müdafiəçiləri onlara bu imtinanı onunla əsaslandırmağı məsləhət görüblər ki, bağlanan müqavilələrdə xaricdə "xüsusi hərbi əməliyyat"da iştirak etmək nəzərdə tutulmayıb.

Hüquq müdafiəçilərindən birinin sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxiləsi başlanandan sonra minlərlə hərbi qulluqçu tərəfindən ordudan tərxis edilmələri üçün raportlar yazdığı barədə məlumatlar var.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10