Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Əlilliyin qiymətləndirilməsi qaydasında yeni dəyişikliklər - SİYAHI


Əlilliyin müəyyən edilməsi sistemində yeni meyarların tətbiqi ilə əlaqədar Nazirlər Kabineti yeni Qərarla “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda bir sıra dəyişikliklər edib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, qaydada aşağıdakı dəyişikliklər edilib.

 

Belə ki, dəyişikliklərə əsasən qaydada:

 

“Əlillik dərəcəsi (I, II, III) və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” sözləri “orqanizmin funksiyalarının pozulması faizi” sözləri ilə əvəzlənib;

 

Orqanizmin funksiyaları 30 faizdən artıq pozulduqda 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilərək əlillik müəyyən edilir;

 

Faiz göstəriciləri üzrə qiymətləndirmə 5 faiz aralığı ilə aparılır;

 

Orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal üzrə funksiyaların pozulma faizi müəyyən olunur, faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə 100 faizdən çox olmamaqla müəyyən edilir;

 

Əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir;

 

Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması:

 

31-60 faiz aralığında ardıcıl olaraq 15 il,

 

61-80 faiz aralığında ardıcıl olaraq 10 il

 

81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qayda nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti dəfə əlillik müddətsiz müəyyən edilir;

 

Yeni meyarlar qüvvəyə mindiyi tarixədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri I, II və III dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydada qeyd edilmiş müddətlərə daxil edilir;

 

Qaydada edilmiş dəyişikliklər 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək./modern.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10