Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Satılan gözəllik və ya plastik cərrahların əl işi


İki gün öncə Bakıda keçirilmiş “Miss & Mister Azerbaijan -2022” gözəllik müsabiqəsinin qalibi Nurlana Vəliyeva öz görüntüsüylə söz-söhbətə səbəb olub. Gözəllər gözəlini dilə-dişə salan füsunkar gözəlliyi deyil, illər əvvəl, plastik əməliyyatdan öncə çəkilmiş şəkilləridir.

Azərbaycan gözəlinin keçmiş fotolarına baxan kimi, onun “tyuning” gözəli olduğunu görürsən. “Bu boyda Azərbaycanda təbii gözəl qız tapılmadı, tacı plastik cərrahların əl işinin bəhrəsinə verdilər?” Bu sualı biz yox, sosial şəbəkə izləyiciləri səsləndirirlər. Haqsız da sayılmazlar. Son illərdə Azərbaycanda gözəllik yarışmasının qalibləri deyə təqdim edilən xanımların böyük əksəriyyəti gözəllik standartlarından xeyli uzaqdırlar. Deyəsən, ölkəmizdə münsiflər heyətinin gözəlliyə baxışı dünyadan xeyli fərqlənir, ya da problem münsiflərin gözəli çirkindən ayıra bilməyən gözlərindədir.  Bizim gözəllik müsabiqələrimizdə bir çox hallarda xanımların boyu balaca, yaşı çox, çəkisi, bədən quruluşu və s. standartlara uyğun olmur. Yalnız  bizdə  dəfələrlə plastik əməliyyat keçirmiş xanımları seçimlərə buraxmaqla qalmayıb, qalib edirlər. Qalibin şəkli yayımlandıqdan sonar məlum olur ki, bəs “kraliça” öncə evil olub, boşanıb və ya övlad sahibidir. Bu faktları da bərk- bərk gizlədir. Münsiflər heyəti əsasən modellər, dünya yarışmalarında ölkəsini təmsil edən şəxslər, tanınmış modelyerlər, stilistlər və incəsənət xadimlərindən ibarət olur.

Obyektivlik nə səviyyədədir?  Sualın cavabı qalib seçilən namizədlərə baxınca məlum olur. Yerli səviyyəli müsabiqələr pul üzərində qurulan oyunlardan başqa bir şey deyil. Pulun varsa, çirkin olsan da, cəmiyyətə gözəl kimi təqdim ediləcəksən, daha doğrusu səni beləcə “sırıyacaqlar”. Məsələn, 2017-ci ildə nominantlar siyahısına düşmək üçün 5000 dollar bəs idi. Sonraqkı illərdə bu qiymət artan xətt üzrə inkişaf etdi, indi də sirr kimi qorunur. Bəs bir çoxlarını saxta gözəl titulunu almağa vadar edən nədir? Məsəl bir qədər kobud səslənsə də, “axsaq atın kor nalbəndi olar” deyiblər. Bəzi “gözəlçələr” yaxşı bilirlər ki, aldıqları sertifikatla bir çox qapıları aça biləcəklər. Üstəlik oliqarxlar, ərəb şeyxləri, qısası puluyla öyünməyi sevənlər öz süfrələri başında məhz dünya gözəllərini, məşhur simaları görmək istəyirlər. Pulla alınan gözəllik pullar qazandırır, gah alınır, gah satılır... Hər il dünyada 4 böyük gözəllik müsabiqəsi keçirilir. Bunlar “ Miss Dünya”, “Miss Kainat”, “Miss Beynəlxalq Gözəl”, “ Miss Yer kürəsi” müsabiqələridir. Bu müsabiqələrin qalibləri müxtəlif telekanallardan dəvətlər alır, filmlərə çəkilir, məşhur brendlərin simalarına çevrilirlər. Azərbaycan bazarında bu imkanlar məhduddur. Dünyada keçirilmiş gözəllik müsabiqələri haqqında maraqlı faktları da diqqətə çatdırmaq istərdik.
İlk gözəllik müsabiqəsində bikinili çıxış olmamışdı. Gözəllik müsabiqələrində ən çox Venesuela və Filippin gözəlləri qalib seçilirlər. Namizədlər hamısı subay olmalıdır. İlk “Kainat gözəli” Romanovların tacını daşıyıb. Hər il təkcə ABŞ-dan 2,5 milyon qadın müxtəlif gözəllik yarışmalarına qatılırlar. Gözəllik kraliçası olmaq nə asandır, nə də ucuz. Müsabiqə üçün geyimin qiyməti 5000 dollara qədər çata bilir. Bundan əlavə, peşəkar fotoqrafların, məşqçilərin, stilistlərin, bu sahə üzrə mütəxəssislərin xidmətlərindən də istifadə etmək lazım gəlir. Çünki Avropa və ABŞ-da gözəllik müsabiqəsinin qalibləri yalnız xarici görünüşlərinə görə deyil, intellekt səviyyələrinə görə də üstünlük sərgiləməlidirlər. Müxtəlif illərdə dünyada “Ən çirkin qadın”, “ Miss Vampir”, “Miss Meymun”, “Miss Atom bombası”, “Miss Gözəl gözlü” yarışmaları keçirilib. Gözəllik kraliçalarının ölkəsi Venesuelada insanlar qızlarının gözəl ola bilmələri üçün fəaliyyətə hələ onlar uşaq olarkən başlayırlar. Bu fəaliyyətə boy ucaltmaq üçün müxtəlif hormonal preparatların qəbulu, müxtəlif kosmetik prosedurlarının aparılması, hətta uşaqların sərt maddələr yeyib, kökəlməməsi üçün ağızlarına dəmir torun salınması  belə daxildir. Gözəllik müsabiqələrinin iştirakçılarının gözəl qalmaq üçün bəzi maraqlı sirləri də var. Məsələn, keçmiş gözəllik kraliçalarından birinin dediyinə görə, o, formada qalmaq üçün üzünə və bədəninə babasil məlhəmi çəkirmiş. Yerli səviyyəli gözəllik müsabiqəsi təşkil etmək çətin məsələ deyil. Kişik və tanınmamış müsabiqələrin çoxusu beynəlxalq reyestrlərə salınmır.Çox zaman təşkilatçılar sadəcə fırıldaqçılar olurlar, müxtəlif adlar altında topladıqları pulları yığıb aradan çıxır, gözəllərə isə vəd edilən mükafatları vermirlər. Elə bizdəki kimi./lent.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10