Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Deyirdi ki, uşaqlar ağlamasın, amma özü bizi ağlar qoyub getdi...” - FOTO


“Əməliyyatla 12 kilo çəki atmışam, davam edirəm”

“İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş bir layihə hazırlayıram. Mərhum bəstəkarımız Nailə Mirməmmədlinin bəstəsi olan “Uşaqlar ağlamasın” mahnısı və klipimiz iyunun 1-də təqdim edəcək. Dünya belədir də, özü deyirdi ki, uşaqlar ağlamasın, amma bizi ağlar qoyub getdi. Bir gün hamımız bu dünyadan köçəcəyik. Uşaqlar bizim gələcəyimizdir, qoy biz olmayaq, amma uşaqlar dünyada olsun”.

 

Bunu əməkdar artist Mətanət İsgəndərli deyib. Müğənni əməliyyatla çəki atdığını da bildirib.

 

“Hamı deyir ki, ay Mətanət xanım 180 dərəcə dəyişmisiniz. Təbii ki, bu sözlər mənə çox xoş təsir bağışlayır. 1 aya 12 kilo çəki atmışam. Əməliyyatla arıqlamışam. Diet saxlasam daha da çox çəki atacam. Məndən çox diet saxlayan yoxdur, amma yenə də arıqlamırdım. Ona görə də məcbur olub, əməliyyata getdim. Belə daha yaxşıdır, özümü çox yaxşı, yüngül hiss edirəm. Pandemiya bizi kökəltdi, nə edək? Hər şey onun fəsadlarıdır” deyə əməkdar artist bildirib.

 

Mətanət İsgəndərli yeni mahnılar üzərində də işlədiyini bildirib.

 

“Yay ayında bir neçə mahnımı sizlərə təqdim edəcəyəm. Bilirəm ki, tamaşaçılarım, sevənlərimiz hər zaman məndən yeni-yeni mahnılar gözləyirlər. Bilmək olmaz, bəlkə klip də oldu. Bu haqda indidən danışmaq istəmirəm, əsas odur salamatlıq olsun. Pandemiya bitir deyəsən, işlərimizə qaldığımız yerdən davam edəcəyik. Yayda yəqin ki, istirahətlə iş paralel davam edəcək” deyə müğənni bildirib./moderator.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10