Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cəlilabadda 3, Astara və Lerikdə isə 1 modul tipli məktəb tikiləcək


Prezident İlham Əliyevin imzaladığı sərəncam əsasında cənub rayonunda yeni təhsil müəssisələri tikiləcək. 

Sərəncama əsasən, Astara, Cəlilabad və Lerik rayonlarında ümumilikdə 6 modul tipli təhsil müəssisəsi tikiləcək. Qeyd olunan rayonlarda məktəblərin tikilməsi üçün 1 milyon 945 min manat pul vəsaiti ayrılacaq.
cenublu.az

Quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı və ayrılan vəsait aşağıda qeyd olunub:

✅Astara rayonunun Diqo kəndində 56 şagird yerlik modul tipli ümumi orta məktəb - 285 min manat;

✅Cəlilabad rayonunun Vənlik kəndində 80 şagird yerlik modul tipli ümumi orta məktəb - 354 min manat;

✅Cəlilabad rayonunun Söyüdlü kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəb - 382 min manat;

✅Cəlilabad rayonunun Həsənli kəndində 80 şagird yerlik modul tipli ümumi orta məktəb - 354 min manat;

✅Lerik rayonunun Kəlvəz kəndində 56 şagird yerlik modul tipli tam orta məktəb - 285 min manat:

✅Lerik rayonunun Anburdərə kəndində 56 şagird yerlik modul tipli ümumi orta məktəb - 285 min manat.

Maliyyə Nazirliyinə bu sərəncama uyğun olaraq maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Cenub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10