Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dəlilər Tanrının əmanətidir - Dostoyevskidən qeyri-adi aforizmlər


Bu gün dahi Fyodor Dostoyevskinin anım günüdür. Bu münasibətlə onun min illiyin ən gözəl romanlarından biri hesab olunan “Karamazov qardaşları” romanından maraqlı aforizmləri təqdim edirik.

Hər qadında başqasında olmayan xüsusiyyət var. Lakin, əsas olan bunu kəşf etməyin yolunu tapmaqdır.
Pisliyin ləzzəti bambaşqadır. Hər kəs özünü ondan uzaq tutub, lənətləyər. Amma yenə də pislik etməkdən yaxa qurtara bilməz.
Gallery
İnsanların bir-birlərini tanımaları üçün ən yaxşı vaxt ayrıldıqları zamandır.
İsanın insan sevgisi dünyamız üçün mümkün olmayacaq, möcüzə kimi bir şeydir.
Şeytan mövcud deyilsə, deməli onu insan icad etmişdir.
Gallery
İnsanları döyməyə meylli olanlar arasında elələri var ki, kimisə döyərkən tam mənası ilə qızışıb sonunda şəhvət hissi duymağa başlayır.
Xoşbəxtliyin dərinliyinə çatmaq üçün insana bircə gün belə bəs edər.
İnsanın ən dəyərli xatirələri ailəsilə yaşadığı uşaqlıq illərinə aid xatirələrdir.
Gallery
Sizdən soruşuram. Yüksək düşüncələr kimlərə məxsusdur? Bir kənara çəkilib özü üçün yaşayan varlıyamı, yoxsa özünü hər cür madiyyatdan, vərdişlər zəncirindən xilas etmiş insanmı?
Rusiyanın qurtuluşu xalqdadır.
Günahdan qorxmayın. Günah edən insanları da sevin. Belə bir sevgi ilahi sevginin nümunəsi, yer üzünün ən böyük sevgisidir.
Gallery
Heyvanları sevin, çünki tanrı onlara saf bir sevinc duyğusu bağışlayıb.
Uşaqları sevin. Çünki onlar da mələklər kimi günahsızdılar. Və qəlblərimizi paklandırmaq üçün yaradılıblar.
Sevgi tərbiyəedici bir qüvvədir. Fəqət bu çox çətin və xeyli zaman alacaq bir işdir.
Gallery
Başqasını mühakimə etməyə haqqın olmadığını heç vaxt unutma. Çünki günahkarı mühakimə edən hakim belə qarşısında dayanan mütəhhim qədər günahkar olduğunu, o adamın törətdiyi cinayətdə hər kəsdən çox məsuliyyət daşıdığını bilməlidir.
Aşiq olmaq, sevmək deyil. İnsan nifrət edərkən belə aşiq ola bilər.
Dəlilər tanrının əmanətidir.

Acı çəkməkdən qorxma, ürəyin sakitlik tapacaq.
İnsanlar peyğəmbərləri qəbul etməz, onları öldürüb möcüzələrini sevərlər. Sonradan isə yox etdiklərini müqəddəsləşdirərlər.
Cəhənnəm sevə bilməməyin yaratdığı əzabdır.

Adamlar təmiz bir insanın yıxılıb, biabır olmasına hər zaman sevinirlər.
Təbiətdə insanların kor inancları qədər gülməli heç nə yoxdur.
Əgər bir qadına “günahkaram, məni bağışla” desəniz, o zaman onun sitəmlərindən yaxanızı qurtara bilməyəcəksiniz. Onlar sizi daxili bir sadəliklə bağışlamaz, əksinə sizi heç nəyə çevirib, olmamış söhbətlər icad edib, sizi ora qarışdırar. Küncdə-bucaqda ilişib qalmış hər xırda hadisəni bir-bir toplayar, heç nəyi unutmaz. Və bütün günahları sizin boynunuza yüklədikdən sonra bağışlayar. Bütün qadınlar belədilər.

Həyatımızın onlarsız mümkün olmadığını bildiyimiz, mələk hesab etdiyimiz qadınların hamısının daxilində belə bir canavarlıq vardır.

Həyatımızda ən yüksək, ən güclü və faydalı dayağımız ata ocağından qalma xatirələrimizdir.
Müqəddəs uşaqlıq illərindən qalan bir xatirə belə tərbiyənin ən yaxşısıdır. Belə xatirələrdən yaddaşına çoxluca toplayıb həyat yoluna çıxan insan bütün ömrünə inamla baxa bilər.

Qəlbinizdə qalan tək bir xatirənin belə bir gün faydasını görəcəksiniz./kulis.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10