Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cəlilabad meşələrində "biçənək biznesi"


Dövlət Meşə fondunda meşə ilə örtülü olmayan sahələri biçənək və yaxud da mal-qara örüşü kimi vermək olmaz, amma buna baxmayaraq bəzi dırnaq arası meşə işbazları bundan istifadə edib pul qazanır.

Etibarlı mənbədən Metbuat.info -a daxil olan məlumatda bildirilir ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Göytəpə meşəbəyliyinin 17 saylı meşə dolayında 200.00 hektardan çox açıq tala və ümumilikdə isə 300.00 hektardan çox biçənək sahələri vardır.

Hər il olduğu kimi, bu ildə Mərkəzin baş Meşəbəyisi Faiq Əmişov, baş mühafizəsi mühəndisi Abturab Bağırov və baş mühasib Mansur Nurəliyev öz çirkin işlərini həyata keçirmək üçün meşə mafiyasının kiçik üzvlərindən olan, 17 saylı dolayın gözətçisi və həm də Göytəpə meşəbəyliyinin "qara kassir"i Orxan adlı şəxs , gözətçisi olduğu dolayda ot biçən vətəndaşlardan hər hektara 50.00 azn-dən yığır. Yığdığı məbləğı sözügedən işbazlara verir və qalanın da öz cibinə qoyur.

Meşə dolaylarında ot biçilən zaman nə qədər təbii bərpa məhv olur.
Bu işbazlar qaş düzəldən yerdə vurub gözdə çıxardırlar. Meşələrdə biçənək yerlərin əksəri "Belarus" və ya "Lapet" markalı traktorlarla biçilır.
Bu isə bir başa meşələrin məhv olması deməkdir.

Növbəti yazılarımızda digər meşə dolaylarında olan biçənək biznesin işığlandıracayıq. Ən əsasda Cəlilabad meşəbəyliyində olan. Ərazidə çəkilmiş məhv olmuş təbii bərpa və kopnaların fotoşəkil və videoların yayımlayacayıq.

Bizə çatan bəzi məlumatlarda bildirilir ki, sözügedən meşə işbazları biçənək sahiblərinə deyillər ki, biz yığılan biçənək pulların Ekologiya Nazirliyinin bank hesabına köçürdəcəyik.

Yəgin cənab nazir Muxtar Babayevin bundan xəbəri yoxdur. Əgər xəbəri olsaydı, o zaman bu işi belə qoymazdı.


Qarşı tərəfi dinləməyə hazırıq.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10