"Mənim oğlumun həyatını yalnız xaricdə müalicə xilas edə bilər"
Saakaşvili həbsxanadan "ciddi rejimli" xəstəxanaya köçürülüb
Altı illik azadlıqdan məhrum edilən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Rustavi həbsxanasından "Vivamedi" xəstəxanasına köçürülüb.
Məhkum bu gün səhər ciddi məxfilik şəraitində xəstəxanaya köçürülüb, tibb müəssisəsində isə misli görünməyən təhlükəsizlik tədbirləri görülüb. Saakaşvili üçün, demək olar ki, boş olan beşinci mərtəbədə palata ayrılıb. Pəncərələr tünd pərdə ilə örtülüb ki, ölkənin Ədliyyə Nazirliyinin cəzaların icrası departamenti əməkdaşlarının icazəsi olmadan heç kimlə ünsiyyətdə ola bilməsin.
Klinikanın özü Tbilisinin çıxışında yerləşir və Gürcüstanın Xüsusi Penitensiar Xidməti tərəfindən daimi əsaslarla məhbuslara tibbi yardımın göstərilməsi üçün istifadə edilir.
Xəstəxanaya köçürüldükdən sonra Saakaşvili qanunla müəyyən edilən ailə üzvlərinin, şəxsi həkiminin və işgəncələr və zorakılıq qurbanları üçün "Empatiya" Beynəlxalq ruhi- reabilitasiya mərkəzindən alternativ komissiya üzvlərinin xəstəxanaya daimi buraxılmasını tələb edib.
Bu günlərdə müalicə həkimləri tərəfindən Saakaşviliyə "anoreksiya- orqanizmin qidadan imtinası" duaqnozu qoyulub. Eks- prezidentdə bu hal xüsusilə zülali qidanın qəbulu zamanı özünü büruzə verir. Zülal çatışmazlığından isə onun əzələləri atrofiyaya uğrayıb və siyasətçi əlil arabasından istifadə etməyə məcburdur.
Saakaşvilinin həbsxanadan tibb mərkəzinə köçürülməsi barədə qərar Gürcüstanın 3- cü prezidenti tərəfdarları ilə "Gürcü arzusu" hakim partiyasının üzvləri arasında sərt polemikadan sonra kompromis nəticəsində qəbul edilib. Hakim partiya hesab edir ki, siyasətçi xəstəliyini kəskinləşdirə bilər və dərmanlar və qidanı özü seçərək, öz sağlamlığını təhlükəyə atır.
Saakaşvilinin ağır vəziyyətdə olması barədə aprelin sonunda məlum olub. O zaman Gürcüstanın insan haqları müdafiə təşkilatları ABŞ səfirliyindən siyasətşinin xaricdə müalicə almasına yardım etmək xahişi ilə müraciət edib. Onun atası Nikoloz Saakaşvili deyib ki, bu, oğlunun həyatını xilas etməyin yeganə çıxış yoludur.
Xatırladaq ki, Saakaşvili Gürcüstanı 2013- cü ildə tərk edib. 2015- ci ildə Gürcüstan vətəndaşlığından mərhum edilib və artıq altı ildir ki, Ukrayna vətəndaşıdır./moderator.az