Bu gün 12.05.2022-ci il tarixində, "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi"-nin sədri Fikrət Cəfərli, İdarə heyətinin üzvləri Zaman Səmədov və Abdulnasir Əliyevlə Avropa İttifaqının Azərbaycan Respublikasında Nümayəndəliyinin siyasi məsələlər üzrə məsul şəxsi xanım Annalisa GİANSANTİ və nümayəndəliyin digər əməkdaşları arasında görüş keçirilmişdir.
Görüşdə ölkədəki insan hüquq və azadlıqlarının vəziyyəti, işgəncə hallarının getdikcə artması, "Tərtər" "Gəncə" "Tovuz" "Qazax" və "Nardaran" cinayətləri müzakirə edilmişdir. Həmçinin Tofiq Yaqublu, Bəxtiyar Hacıyev və Aytən Məmmədovaya qarşı baş vermiş sifarişli cinayətlərdən danışılmışdır.
Görüşdə "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi"-nin Daxili İşlər və Ədliyyə nazirliklərinin müəssisələrində başçəkmələrə icazə verilməməsi müzakirə edilmişdir.
Ümumilikdə görüş çox işgüzar şəraitdə keçirilmiş və bundan sonra daha sıx əməkdaşlıq etməyin vacib olduğu vurğulanmışdır.