
Həftəsonu rəis müavini guya məhbusun psixi vəziyyətini dəyərləndirmək üçün onu məhkəməyə aparmaq adı ilə həbsxanadan çıxarmışdı. Amma cütlük məhkəməyə çatmamışdı. Sonradan bəlli olmuşdu ki, onları burada heç kim gözləmirmiş: 2015-ci ildə keçmiş rəfiqəsini öldürdüyünə görə 75 il həbs cəzası almış qatilin işi üzrə həmin günə nə müayinə, nə də dinləmə təyin olunubmuş.
Alabama ştatının Loderdeyl dairəsinin şerifi Rik Sinqlton “Mail Onlayn” nəşrinə bildirib ki, qaçışın uzun müddət hazırlandığına və yaxşı təşkil olunduğuna dair ciddi şübhələr var. Bunun üçün paltar, hətta xüsusi avtomobil də alınıb.
Polis axtarılanları İndiana ştatında bir mehmanxanada aşkar edib. Aradan çıxmağa çalışarkən onlar öz maşınlarında qəzaya uğrayıblar. Qatil həbsxanaya qaytarılıb. Qadın rəis müavininin isə özü-özünü yaraladığı və xəstəxanaya yerləşdirildiyi bildirilir. Günahkar sayılsa, onu da 10 ilə qədər həbs cəzası gözləyir.
Ən son məlumata görə, Viki Uayt həbsxanada vəfat edib.