Masallı Bioloji Təbabət klinikası və TƏBİB-in birgə həyata keçirdiyi "ÇİYİN-ÇİYİNƏ" Regiondakı həkimlər və orta tibb işçilərinin potensialının gücləndirilməsi təşəbbüsü ilə 4-7 may tarixlərində Cəlilabad, Masallı, Lənkəran, Lerik, Yardımlı və Astara Rayon Mərkəzi Xəstəxanalarının həkimləri və orta tibb işçiləri üçün beynəlxalq protokol əsasında Təməl Həyat Dəstəyi təlimi (BLS) həyata keçirdik.
8 qrupdan ibarət təlimdə, ümumilikdə 40 saat ərzində təlim iştirakçıları ilk yardımın məqsədləri, ilk yardımın tətbiqi halları, zərərçəkmişin vəziyyətinin qiymətləndirilməsi, təkmilləşmiş tibbi yardımın çağırışı proseduru, ürək kompressiyası, xilasedici süni tənəffüs, ürək – ağciyər reanimasiyası (CPR), Avtomatik Xarici Defibrilyatorun (AED) istifadə alqoritmi, ürək və tənəffüsün dayanması zamanı praktiki məşğələlər, maneken üzərində ürək-ağciyər reanimasiyası, süni tənəffüs və s. mövzularda bilik və bacarqlara yiyələniblər.
Masallı Bioloji Təbabət klinikası olaraq dövlət-özəl tibb müəssisələri əməkdaşlığı modelində region səhiyyəsində öncül klinika olmaqla paralel, vətəndaşlarımıza keyfiyyətli tibbi xidmətdə və peşəkar inkişafda həmkarlarımızla çiyin-çiyinə olmaqdan, pasiyentlərin sağlamlığı naminə birgə çalışmaqdan qürur duyuruq!