Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Kənd evlərinin turistlərə verilməsi istiqamətində fəaliyyətlərin həyata keçirilməsi"


Cenub.az xəbər verir ki, bölgəmizdə fəaliyyət göstərən “İntellekt” Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Kənd evlərinin turistlərə verilməsi istiqamətində fəaliyyətlərin həyata keçirilməsi" adlı layihə icra edilmişdir. 


Layihə çərçivəsində Lənkəran rayonunun Haftoni, Xanbulan, Sütəmurdov, Rvo, Havzava kəndləri, eləcə də Lerik rayonunun Hamarmeşə və Cəngəmiran kəndlərində yerli icmalar və maraqlı vətəndaşlarla görüş keçirilmiş və kənd evlərinin turistlərə verilməsi istiqamətində qarşılıqlı müzakirələr aparılmışdır. 


Xüsusilə qeyd etmək lazımdır ki, görüşlər zamanı evlərin gündəlik kirayə verilməsi fikri yerli kənd sakinləri tərəfindən maraqla qarşılanmış və bir çox kənd sakinlərinin artıq bu istiqamətdə təşəbbüs göstərmələri müşahidə edilmişdir.  


Layihə çərçivəsində eləcə də şəxsi evlərin qonaqlara verilməsi istiqamətində maraqlı olan 22 nəfər yerli icma təmsilçilərinə və namizədlərə Lənkəran şəhərində 2 günlük təlim keçirilmiş və iştirakçılar mövzu ilə bağlı nəzəri-praktiki məlumatlandırılmışlar. 


Qeyd edək ki, son dövrlərdə bölgələrdə “Kənd evlərinin qonaqlara verilməsi” bir biznes olaraq sürətlə inkişaf etməkdə və ötən illərə nəzərən daha çox turist getdikcə hotellərlə müqayisədə gündəlik kirayə verilən qonaq evlərinə üstünlük verməkdədir. 


Layihənin rəhbəri “İntellekt” Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyinin təmsilçisi Samir Axundovdur. 


Cenub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10