Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

(Videolar). Masallı. Robot üzrə mütəxəssis olan ərkivanlı qız hansı uğurlarına görə 2022-ci ilin əvvəlində mütəxəssis kimi Avropa Birliyində yaşamaq imkanı verən pasport aldı


Cenub.az olaraq ardıcıl şəkildə təkcə Azərbaycanda yox, dünyanın hər yerində uğurlara imza atan masallılı gəncələr haqqında yazılar hazırlayıb izləyicilərimizə təqdim edirik.

Belələrindən biri  Lalə Azad qızının uğur hekayəsi də yəqin ki, çoxları üçün maraqlı olacaq. 

Valideynləri

Atası -  Azad Məzahir oğlu. C.Cabbarlı adına Ərkivan Qəsəbə orta məktəbini və Qorki (Nijni Novqorod) Politexnik instutunu bitirib. Mühəndis-dizayner, Bakı şəhərində yaşayır. Əslən Ərkivanın Bədirli məhəlləsindəndir.

Anası Rüstəmova Samirə Hasil qızı.Ə.Bağırov adına Ərkivan 4 saylı orta məktəbini və Azərbaycan Tibb Universitetini bitirib. Bakı şəhərində həkim işləyir. Əslən Ərkivanın Həsnəküçə məhəlləsindəndir.

Orta təhsilə 5 yaşından başladı

Lalə Azad qızı 04 mart 1999-cu ildə anadan olub.

5 yaşında məktəbə qəbul olunur və 2004-15-ci illərdə  Bakı şəhəri 261 saylı məktəbdə orta təhsil alır. 

  Orta təhsil dövründə İngilis dili olimpiadasında Bakı şəhəri         üzrə 1-ci yer, riyaziyyat üzrə 2-ci yer tutmağa nail olub, həmçinin “Xəmsə” intellektual oyunları qalibi uğuruna imza atıb.

2015-ci ildə, 16 yaşında fakültə üzrə ən yüksək balla Qafqaz Universitetinə təhsili ingilis dilində olan “Dünya İqtisadiyyatı” ixtisasına qəbul olur, dövlət hesabına təhsil alır. 

Qafqaz Universitetinin qaydalarına görə təhsili ingilis dilində olan ixtisaslara yeni qəbul olunanlar dil bilikləri üzrə imtahan olunur və Universitetdə 1 il ingilis dili hazırlığı keçəndən sonra 1-ci kursda təhsilə başlayırlar. Lakin Lalə imtahanın nəticələrinə görə hazırlıq ili keçmədən birbaşa 1-ci kursa qəbul olunur. 2019-cu ildə Universiteti yüksək qiymətlərlə bitirir.  

Univeristet  Beynəlxalq yarışmaya qoşulan niyə tələbələrinə dəstək vermədi?

Lalə 3-cü kursda oxuyarkən ABŞ səfirliyi, BP, SOCAR, Azercell və digər tanınmış şirkətlərin ingilis dilində universitetlər arasında keçirdiyi  Azerbaijan Business Case Competetion yarışmasında iştirak etmək qərarına gəlir, 4 nəfərlik komanda yaradılır, lakin universitetdən dəstək olmur. 

Bəzi hadisələrlə əlaqədar Qafqaz Universitetinin adı dəyişdirilmiş (Bakı Mühəndislik Universiteti), rəhbərlik və aparıcı  müəllim-professor heyəti də işdən kənarlaşdırılmışdı. 

Komanda isə ruhdan düşmür və inadla  sərbəst səkildə yarışa hazırlaşır. Yüksək nəticələrə nail olaraq iki tur keçərək finala vəsiqə alır və finalda  güclü dəstəkləri olan ADA Universiteti və İqtisad Universiteti   komandaların arxada qoyaraq   birinci yeri tutur, 6000 AZN-lik mükafata layiq görülür. 

Lalə Rustəmli 2018-ci ildə İlin Tələbəsi fəxri adını alır. 

Universitetə qəbul olandan sonra Lalə kompyuter elmlərinə ciddi maraq göstərir, sərbəst şəkildə proqramlaşdırmanı öyrənməyə başlayır. Code Akademi firmasında əvvəl 2 aylıq kurs keçir və kursdan sonra elə orada işləməyə başlayır. 

3-cü kursda Chatbot Devoleper şirkətinə proqrammist kimi dəvət alır. 

Bundan sonra öz gələcəyini təhsil aldığı iqtisadiyyat sahəsində deyil, proqramlaşdırma sahəsində görür. 

İlk Azərbaycan botunun (bədənsiz robot) yaradılmasında iştirak edir. 

4-cü kursda müsabiqə yolu ilə Azərbaycan Beynəlxalq Bankının Baş ofisində proqramist-mühəndis kimi işə qəbul olunur.

Lalə magistratura həddini necə aşır? 

2020-ci ildə bu sahə üzrə Avropada magistratura təhsili almaqdan ötrü Təhsil Nazirliyinə müraciət edir, orada bildirirlər ki, bakalavr təhsili iqtisadiyyat sahəsi olduğu üçün Qanuna görə proqrammist ixtisası üzrə səni göndərə bilmərik. 

Lalə bundan  sonra Avropa Birliyinə müraciət edir. ABŞ-ın Stanford Universitetinin sertifikatı və dil biliyi üzrə IELTS 8.0 səviyyə balı sayəsində Avropa Birliyi təhsil təqaüdü ilə Tartu Universitetinə magistraturaya qəbul olur.  

Təhsil zamanı ilk 4 ayda Bynəlxalq Bankda onlayn iş yerini saxlasa da, ilin sonuna iş yerini tərk edir və Estoniya-Finlandiyada fəaliyyət göstərən şirkətlərdə proqrammist-mühəndis kimi işləməyə başlayır. 

2022-ci ilin əvvəlində mütəxəssis kimi Avropa Birliyində yaşamaq imkanı verən pasport alır.

Siz Lalə Rüstəmlinin verdiyi video müsahibələri diqqətlə izləsəniz onun necə aydın düşüncələrə, yüksək intellektə malik olduğuna şahid ola bilərsiniz.

Lalənin  llk Azərbaycan botunun (bədənsiz robot) yaradılmasında iştirakı onun bu sahədə gələcəkdə daha böyük uğurlarıdan xəbər verir.

Cenub.az. Zahir Əmənov 

Videonu bu linkdən izləyin:






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10