Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"QORBAÇOVUN PAXILLIĞI NƏTİCƏSİNDƏ HEYDƏR ƏLİYEV İSTEFAYA GÖNDƏRİLDİ"


Heydər Əliyev çoxmillətli SSRİ üçün məhvedici olmuş erməni millətçiliyinə müqavimət göstərə bilən nadir şəxslərdən idi.

 Cenub.az xəbər verir ki, bunu trend-ə rusiyalı siyasi analitik, “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

O qeyd edib ki, Heydər Əliyev iki dəfə Sosialist Əməyi Qəhrəmanı, işgüzar, məqsədyönlü şəxs və ən uğurlu rəhbərlərdən olub.

“Heydər Əliyev Azərbaycan tarixində irimiqyaslı şəxsiyyətdir. Hələ Sovet İttifaqı dövründə Heydər Əliyev dövlət rəhbərliyi sistemində ən vacib vəzəifələrdən olan SSRİ Nazirləri Şurası sədrinin birinci müavini vəzifəsini tutub. Buna qədər o, Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edib və qurumu ittifaq komitələri sistemində ən yaxşılardan birinə çevirib. Daha sonra o, Azərbaycana rəhbərlik edib və öz işinin nəticələri sayəsində sovet ittifaqında ən yüksək vəzifələrə təyin edilib. Mən əminəm ki, ittifaqa Mixail Qorbaçov yox, Heydər Əliyev rəhbərlik etsəydi, o, bu gün mövcud olardı və yəqin ki, öz inkişafında indiki Çin kimi nəticələr göstərərdi. Amma sovet bürokratiyasının intriqaları, Heydər Əliyevdə özünün birbaşa rəqibini görən Qorbaçovun paxıllığı nəticəsində Heydər Əliyev istefaya göndərildi. Heydər Əliyev Qorbaçovun dağıdıcı kursuna, çoxmillətli SSRİ üçün məhvedici olmuş erməni millətçiliyinə müqavimət göstərə bilən nadir şəxslərdən idi”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, sovet ittifaqının dağılmasından sonra Azərbaycan çətin vəziyyətə düşdü, belə ki, hakimiyyətə xalq cəbhəsindən populistlər gəldi və onların siyasəti nəticəsində Azərbaycan faktiki olaraq dövlətçiliyin və müstəqilliyin itirilməsi təhlükəsi ilə üzləşdi.

“Məhz milli tarixin bu kritik məqamında Azərbaycan xalqı tələb etdi ki, Heydər Əliyev hakimiyyətə qayıtsın və Ermənistan, erməni separatçılar tərəfindən dağıdıcı müharibəyə məruz qalan ölkəyə rəhbərlik etsin. Məhz bu, Azərbaycana uçuruma yuvarlanmağı dayandırmağa və istiqamətini dəyişərək irəli addımlamağa imkan verən dönüş nöqtəsi oldu. Təkcə Azərbaycan dövlətçiliyinin dirçəlişi deyil, həm də Azərbaycanın neft və qaz ehtiyatlarının dövlətin və xalqın mənafeyinə yönəltməyə imkan vermiş yeni kurs məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin vaxtında mühüm müqavilələr imzalanıb və onlar sayəsində bu gün Azərbaycan enerji ehtiyatlarının dünya bazarlarına etibarlı tədarükçüsü və Avropa İttifaqının enerji təhlükəsizliyinin qarantlarından biridir”, - İ.Korotçenko vurğulayıb.

O qeyd edib ki, Heydər Əliyev sayəsində gənc effektiv idarəçilər vacib vəzifələrə irəli sürüldü, Azərbaycanın siyasi elitası, siyasi sinifi yarandı, ölkə beynəlxalq arenada öz mövqeyini möhkəmləndirdi və Rusiya ilə çox yaxşı dostluq münasibətləri qurdu.

İ.Korotçenko əlavə edib ki, Rusiyada milyonlarla insan Heydər Əliyevi xatırlayır və hörmət edir.

“Prezident Vladimir Putin həm ictimai, həm də qapalı tədbirlərdə hər zaman Heydər Əliyev şəxsiyyətinə hörmətini vurğulayıb. Ona görə də biz Rusiyada, həm də Sovet İttifaqının tarixində dərin iz qoymuş bu görkəmli siyasi xadimi xatırlayırıq”, - deyə o bildirib.

Ekspert vurğulayıb ki, ulu öndər Heydər Əliyevin 2023-cü ildə 100 illik yubileyi təkcə Azərbaycanda yox, həm də Rusiyada geniş miqyasda qeyd edilməlidir.

“Heydər Əliyev yeni Azərbaycanın tarixində layiqli siyasətçi, idarəçi, irimiqyaslı şəxsiyyət olub. Fikrimcə, Heydər Əliyevin 100 illik yubileyi Rusiyada da yüksək səviyyədə qeyd olunacaq. Və əlbəttə ki, ekspert ictimaiyyəti bu görkəmli şəxsiyyətə öz hörmətini ifadə etmək üçün həmin tədbirlərdə iştirak edəcək”, - İ.Korotçenko deyib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10