Putinin də Qələbə bayramı pozulacaq
Astropsixoloq 9 may təhlükələrini açıqlayıb
Rusiya Federasiyası üçün Qələbə Günündə tam apofeoz alınmayacaq və Putinin bayramı pozulacaq.
Bunu astropsixoloq Valentina Vittrok deyib. Məlumatı "Röyters" agentliyi yayıb.
Bazar ertəsi, mayın 9-da, Rusiyada Qələbə günü kimi qeyd edilir. Nahar fasiləsinədək 9- cu ay günü olacaq, astroloqlar bunu "şeytan günü" adlandırır, çünki bu zaman şər qüvvələri fəallaşır, onlar təkcə müəyyən insanlara deyil, bütün bəşəriyyətə ziyan vura bilər.
Bu zaman fiziki və mənəvi zorakılığa böyük təhlükə olur, ona görə də özümüzdən pis və ağır fikirkəri qovmalı, neqativ emosiyalar yaradanlarla az ünsiyyətdə olmalı və təxribatlara uymamalıyıq, astropsixoloq deyib.
"Bu sxemə Rusiyada ümumi səfərbərliyin elan edilməsi və müharibənin yeni, daha fəal mərhələsi ehtimalı da uyğun gəlir.
Belə vəziyyətdə yeganə ümidverici məqam ondan ibarətdir ki, 9- cu ay günü yalnız günortayadək davam edəcək, bundan sonra şər qüvvələri öz gücünü itirəcək", - həmsöhbət belə deyib.
Ekslert əlavə edib ki, bu il Rusiya prezidenti Vladimir Putin üçün bayram pozulacaq, o, Ukrayna ərazisində parad keçirə bilməyəcək.
"Mayın 9- da Rusiyada apofeoz alınmayacaq, çünki Ay Saturna müxalif olacaq və onu məhdudlaşdıracaq: Faina Ranevskayanın dediyi kimi, Putin hiss edəcək ki, "krallıq balacadır və veyllənməyə yer yoxdur".
Diktatorun bayramı həm də ona görə pozulacaq ki, Ukrayna ərazisində arzuladığı kimi bir dənə də parad keçirə bilməyəcək", - astropsixoloq qeyd edib./moderator.az