Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Putinin yaxtası həbs edildi? – İtaliyadan xəbər var…


İtaliya hökuməti Avropa sanksiyaları çərçivəsində Marina di Karrara limanında Rusiyaya məxsus bahalı superyaxtaya həbs qoyub.

Bu barədə İtaliyanın İqtisadiyyat və Maliyyə Nazirliyi məlumat yayıb.

Gəminin mayın əvvəlində üzməsi planlaşdırılıbmış.
“Bu, artıq ölkəmizin rus oliqarxlarına qarşı tətbiq etdiyi 100-cü sanksiyadır: indiyədək dondurulmuş aktivlərin ümumi dəyəri bir milyardı ötür”, deyə “Şehrazadə”nin həbsi haqqında sərəncam imzalayan iqtisadiyyat naziri Daniel Franko bildirib.

Konkret ad açıqlamasa da, yaxtanın Rusiyanın rəhbər şəxslərindən birinə məxsus olduğunu bildirilib.
Uzunluğu 140 metr, dəyəri 750 milyon dollar olan “Şeherazade” (Scheherazade) adlı yaxtanın Kayman adalarının bayrağı altında üzdüyü vurğulanıb.

Qeyd edək ki, rusiyalı müxalifət lideri Aleksey Navalnının komandasının bu ilin martında tamamladığı araşdırmaya görə, “Şeherazade” yaxtası prezident Vladimir Putinə məxsusdur. Lakin sənədlərdə   “Rosneft”in keçmiş prezidenti oliqarx Eduard Xudainatovun adı göstərilir.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10