Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

ABŞ-da insanları çipləməyə başlayıblar


ABŞ-da ilk beyin-kompüter interfeysinin kommersiya sisteminin klinik sınaqlarına başlanılıb. Bu barədə "Aroged” xəbər portalı məlumat yayıb.

İlkin mərhələdə sistemin təhlükəsizliyinin təsdiqlənməsi, eləcə də düşüncə gücünün rəqəmsal qurğular ilə effektiv işləmək qabiliyyətinin yoxlanılması həyata keçirilir.

İmplantasiya zamanı çiplərin elektrodları qan damarlarından beyinə keçir və implantasiya əməliyyatı təxminən iki saat çəkir. Daha sonra maşın beyin fəaliyyətini elektrik siqnallarına çevirməyə başlayır və üzərində eksperiment aparılan insana mətn mesajları, e-poçt, onlayn alış-veriş və ya digər işləri yerinə yetirməyə imkan verilir.

Bu əməliyyatlarla "Synchron” şirkəti məşğul olur. Əgər klinik sınaqlar uğurlu olarsa, o zaman "Synchron” bu məhsulu kommersiya əsasında bütün əldə etmək istəyənlərə satmağa başlayacaq - çiplər əsasən iflic olan xəstələrə kömək etmək üçün nəzərdə tutulub.

Qeyd olunur ki, "Synchron” tanınmış rəqibi, beyinə implantasiya edilən çiplərin hazırlanması və istehsalı ilə məşğul olan İlon Maskın "Neuralink” şirkətini qabaqlayır.

Mənbə: Gazeta.ru





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10