Müharibə Ukrayna ərazisində bitməyəcək, Qazaxıstan və Moldova ediləcək hücuma hazırlaşmalıdır.
Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri və Müdafiə Şurasının katibi Aleksey Danilov “ISLAND TV”-yə müsahibəsində belə deyib.
“İndi dünya bir çox proseslərlə hərəkətə başlayıb. Əminəm ki, müharibə bizim ölkənin ərazisində dayanmayacaq. Bir çox başqa şeylər olacaq. Yeri gəlmişkən, Lavrov, səhv etmirəmsə, bu yaxınlarda belə demişdi ki, qazaxlar qardaşlarımızdır. Ona görə də onlar artıq işğala hazır olmalıdır. Hazır olun, moldovalı və qazax qardaşlar”, - deyə Danilov bildirib.
Müşfiq Abdulla/cebhe.info