Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi və Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məsciddən pul oğurlayan şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Masallı rayonu Bədəlan kəndinin Aşurlu məhəlləsində yerləşən məsciddən 2300 manat, 1300 ABŞ dolları, 16400 rus rublunun oğurlanması barədə rayon polis şöbəsinə müraciət daxil olub.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxslər aşkarlanaraq polis əməkdaşları tərəfindən saxlanılıb. Müəyyən edilib ki, oğurluq edənlər Cəlilabad rayon sakinləri, əvvəllər məhkum olunmuş Əli Zeynalov və Nizami Mahmudovdur.
Oğurladıqları 300 dollar və 127 AZN onlardan maddi sübut kimi götürülüb.