Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ukraynadan Qafqaz ölkələrinə ittiham – Rusiyaya kömək edilir


Məhsullar qaçaqmalçılıq yolu ilə xaricə daşınır, rusiyalıların yaratdığı yüzlərlə şirkət fəaliyyət göstərir... 

Ukrayna Kəşfiyyatı Cənubi Qafqaz ölkələrini Rusiya məhsullarının beynəlxalq bazarlara ixracı ilə bağlı Moskva ilə danışıqlar aparmaqda ittiham edib.

Bu barədə Gürcüstanın “civil.ge” xəbər portal məlumat dərc edib.

Bildirib ki, mayın 1-dən etibarən Rusiya mallarının sözügedən ölkələrin malı kimi tədarükünün həyata keçirilməsi və üçüncü ölkələrə ixracı planlaşdırılır.

“Cənubi Qafqaz ölkələrində artıq 200-dən çox şirkət yaradılıb. Ermənistan Rusiya şirkətlərinə bizneslə məşğul olmaq üçün əlverişli şərait yaradır. Bu, xüsusən də İT sahəsinə aiddir. Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzü başlayandan bu yana Ermənistana 85 min Rusiya vətəndaşı və 113 İT şirkəti gəlib.

Rusiya vətəndaşları Ermənistan ərazisində hər iki ölkənin – Ermənistan və Rusiyanın büdcələrinə vergi ödəyən minə yaxın özəl müəssisə və 250-yə yaxın məhdud məsuliyyətli cəmiyyət yaradıblar”.

Məlumatda vurğulanır ki, Ermənistan Rusiya şirkətlərinə bizneslə məşğul olmaq üçün xüsusi əlverişli şərait yaradır.

Həmçinin Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyatı Moskvanın Gürcüstan ərazisindən qaçaqmalçılıq kanalı yaratdığını iddia edib. 

Gürcüstan hakimiyyəti isə öz növbəsində bu ittihamla qəti şəkildə razılaşmır.

Qeyd edək ki, məlumatda Ermənistan, Gürcüstanla yanaşı, heç bir arqument ortaya qoyulmadan Azərbaycanın da adı çəkilib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10