Təhsil İşçiləri Azad Həmkarlar təşkilatının isə…
Cenub.az
Lənkəran-Astara Regional Təhsil İdarəsi Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayon təhsil şöbələrinin əsasında birbaşa Təhsil Nazirliyinə tabe edilməklə yaradılıb və 6 inzibati rayonu əhatə etməklə Lənkəran şəhərində yerləşəcək.
Yeni qurum 554 ümumtəhsil məktəbində 130232 şagirdi və 122 məktəbəqədər müəssisədə 68090 uşağı özündə birləşdirir. Lənkəran-Astara Regional Təhsil İdarəsi şagird və məktəblərin sayına və əhatə dairəsinə görə ölkənin 12 faizini təşkil etməklə yaradılan ən böyük təhsil idarəetmə qurumdur.
İdarə müdir və müavindən, 3 mərkəzi və 6 rayon sektorundan ibarət olmaqla ümumilikdə 80-90 nəfər əməkdaşdan ibarət olacaq.
Tədrisin keyfiyyəti sektorunda müdiri də daxil olmaqla 10 nəfə, eləcə də İnzibati təşkilat sektorunda müdiri də daxil olmaqla 10 nəfər civarında, Maliyyə-iqtisadiyyat sektorunda isə müdiri də daxil olmaqla 20 nəfərə qədər və hər birində sektor müdiri də daxil olmaqla Rayon təhsil sektorlarunda isə 6-10 nəfər əməkdaş çalışacaq.
Artıq Təhsil naziri tətəfindən Təhsil Nazirliyinin strukturunda çalışmış peşəkar təhsil işçisi Elxan Nəcəfov regional idarəyə müdir təyin edilib. Bayramdan sonrakı ilk iş günü, yəqin ki, may ayının 4-də Lənkəran şəhərində onun, Elxan Nəcəfovun bölgənin təhsil ictimaiyyətinə təqdimatı olacaq.
Təhsil İşçiləri Azad Həmkarlar təşkilatının isə regional, yaxud hər rayon üzrə olacağı tam dəqiqləşməyib.
Cenub.az