
Öncə yaratdığımız təşkilatın hüquqlarını qorumaqdan başladıq.
Biz özümüz işgəncələrə məruz qalmasaydıq, bu ağrıları belə duymazdıq.
Deputatlığa gedən yolumun qarşısın almaq üçün biabırçı saxtakarlıqlara əl atdılar. Avropa Məhkəməsinin qərarı ilə üzləşdilər.
O adamlar, o təşkilatlar ki, insanların haqqın qorumalıdır, onlar saxta hesabatlarla işgəncəyə məruz qalaların yox, onlara işgəncə verənin tərəfini saxlayır.
Çalışacağıq ki, ölkənin ən ucqarlarına da səsimiz çatsın
Təşkilatın rəhbəri 1968-ci ildə Masallı Rayonunun Şıxlar (El arasında "Yeddioymaq Şıxları" adlanan ərazisində) anadan olmuşdur. BDU-nun məzunu Fikrət Cəfərlidir.
Fikrət Cəfərli 22 il öncə
niyə həbs olunmuşdu?

Partiya funksionerliyindən
QHT rəhbərliyinə doğru

Ədliyyə Nazirliyinin qanunsuz imtinasından sonra Birlik öz hüquqlarını təmin etmək məqsədilə Məhkəməyə müraciət etmiş, lakin ölkəmizdəki heç bir məhkəmə istansiyası Ədliyyə Nazirliyinin qanunsuz imtinasını ləğv etməmişdir.
Birlik bundan sonra hüquqlarını bərpa etmək üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişdir.
Avropa İnsan Hüquqları Məhkəməsi 2021-ci ildə Ədliyyə Nazirliyinin imtina qərarını qanunsuz saymış və Birliyin hüquqlarının pozulmasını tanımışdır.
AİHM-nin qərarından sonra Ədliyyə Nazirliyi 30.12.2021-ci də “İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” İctimai Birliyini Dövlət qeydiyyatına almışdır. Birliyin əsas məqsədi və fəaliyyət istiqaməti insan hüquq və azadlıqlarının qorunması, işgəncə hallarının qarşısının alınmasıdır.
Yuxarıdakı qeydlərdən göründüyü kimi bu birlik öncə öz hüququnu müdafiə etmiş və 7 illik mübarizədən sonra təşkilatın qeydiyyata alınmasına nail olmuşdur.
4 aydan artıqdır ki,Birlik rəsmi fəaliyyətdədir və onların fəaliyyəti Azərbaycan cəmiyyətində hiss olunmaqdadır. Bu müddətdə onlar Bakı, Gəncə, Şəmkir, Yevlax, Masallı və bir necə regionda tədbirlər keçirmiş, xüsusən də insan hüquq və azadlıqlarının, işgəncə əleyhinə tədbirlərin reallaşmasına yardımçı olmuş, İşgəncə qurbanlarının reabilitasiyası və işgəncə verən orqan və məmurların ifşası ilə məşğul olmuşur.
Bu təşkilatın aylıq hesabatları həm ölkə ictimayyətinə, həm də beynəlxalq təşkilatlara və ölkədə fəaliyyət göstərən diplomatik korpuslara göndəririlir.
“Mənim qeydiyyatım niyə ləğv olundu, sənədlərim niyə saxtalaşdırıldı?”

Təsəvvur edirsiniz ki, nə qədər böyük biyabırçılıqdır. Bu cür haram yollarla uğur qazananlardan halal işlər gözləmək olarmı? Bu saxtakarlıqları edənlər çox gözəl bilirdilər ki, namizədliyim qeydə alındığı təqdirdə mənimlə mübarizə aparmaq çox çətin olacaq və seçkinin saxtalaşdırılması elə də asan olmayacaqdı.
Nəticədə isə, bu qədər yaltaqların qarşısında masallılar onların müdafiəsində dayanan cəsarətli bir deputat görəcəkdi. Beləliklə, 50 imzanı belə itirdilər. Bunu təşkil edənlər də Masallı rayonun icra hakimiyyəti idi.
Bu, mənə səs verənlərə qarşı mənəvi işgəncə idi. Və beləcə mənim deputatlığa gedən yolumu saxtakarlıqla, namərdcəsinə kəsdilər
Bu məsələni biz MSK səviyyəsində müzakirəyə çıxardıb, saxtakarlığı sübuta yetirdik və iş Avropa Məhkəməsinə qədər apardıq, Avropa məhkəməsi də mənim hüququmun pozulduğunu tanıdı və bu işə görə Azərbaycanı 5 min avro məbləğində cərimələdi.
Bizim əsas hədəflərimiz

Bəzən vətəndaşları heç bir əsas olmadan Polis İdarələrində incidirlər, qeyri-insani rəftara və digər təzyiqlərə məruz qalırlar
Məsələn, normalda sizin işinizdə müstəntiq zəng edib, idarəyə dəvət etməliydi ki, barənizdə belə bir şikayət var. Amma onlar nə etdilər? Apar-topar sizin dalınızca əməliyyat qrupu göndərib sizi həbs etdilər. Ölkə miqyasında tanınmış jurnalist, çoxlarının hörmətlə yanaşdığı 70 yaşlı ziyalını (həm də yüksək dərəcəli şəkər xəstəsi) 40 saatdan artıq həbsdə saxlayıb, onu mənəvi işgəncəyə məruz qoydular.
Yaxşı ki, ölkənin tanınmış jurnlaistləri, hüquq müdaifiəçiləri bu həbsdən tez xəbət tutdular, ölkə ictimayyətini və aidiyyəti orqanları məlumatlandırdılar.
Bundan sonra Daxili İşlər Naziri Vilayət Eyvazov cənabları olaya müdaxilə etdi, işi şəxsi nəzarətinə götürərək sizin həbsdən buraxılmağınıza nail oldu. Ümüd edirik ki, istintaqın gedişatında sizin günahsız olduğunuz öz həllini tapacaq.
Tədbirlər keçirtmək, səfərlərə getmək... Bütün bunlar necə maliyyələşir?

İşimizdə aşkarlığa, hesabatlılığa, ictimai rəyin öyrənilməsinə maksimum diqqət yetiririk.
Son hesabatlarımzda Bəxtiyar Hacıyevə, Əvəz Zeynallıya, eləcə də sizə qarşı xoşagəlməz addımlar genişliyi ilə yer alıb.
Hesabatlarımız isə 50-ə yaxın beynəlxalq təşkilata göndərilir. Ölkədə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri ilə ünsiyyətlərimiz, görüşümüz olub. Eləcə də digər aparıcı beynəlxaq təşkilatların təmsilçiləri, o cümlədən Avropa İttifaqının nümayəndələri ilə əlaqələr üzərində çalışırıq. Həmçinin bir sıra beynəlxalq təşkilatlar fəaliyyətimizi izləyir. Yaxın vaxtlarda onlarla görüşlər keçirtməyi planlaşdırırıq.
Azad mətbuatla işləyirik. Tez-tez canlı yayımlar edir, internet kanallarında çıxışlar edirik.
Hazırda isə bir sıra layihələr üzərində işləyirik.
Biz kimdən narazıyıq?
və o cümlədən də icra hakimiyyətilərinin nəzdində ictimai şuralar fəaliyyət göstərir. Onların əksəriyyətinin nə iş gördüyü bəlli deyil. Elə sizin işinizlə bağlı ən azı Masallıdakı İctmai Şuranın, ağsaqqalllar, ziyalılar, veterenlar və sair birliklərin, deputatların, digər şəxslərin səsi çıxmadı. Açığını desəm, o adamlar, o təşkilatlar ki, insanların haqqın qorumalıdır, onlar saxta hesabatlarla işgəncəyə məruz qalanın yox, ona işgəncə verənin tərəfini saxlayır.
Onlar nəinki insanların hüquqlarının qorunmasına kömək etmir, əksinə ictimayyəti çaşşdıran məlumat ötürürlər ki, belə bir hadisə olmayıb. Beynəlxalq təşkilatlar onlara inanmır və s.
Bizim əsas hədəfimiz daha ciddi araşdırmalar aparmaq, daha dəqiq informasilyalar yaymaq, respublikann rayonlarınıı daha çox əhatə etmək, ən ucqar yerdə olanlar üçün də əlçatan olmaqdır. Bizim hədəfimiz İşgəncə və qeyri-insani rəftarla bağlı ciddi araşdırmalar aparmaq və güclü bir təşkilat formalaşdırmaqdır. Ümüd edirik ki, bizə bu sahədə vətəndaşlarımız yaxından kömək edəcək, əməli fəaliyyətləri ilə Mərkəzin genişlənməsində iştirak edəcəklər.
Sizin hansı bolgələrdə dayaq nöqtələriniz var?

Cənub.az üçün hazırladı: Zahir Əmənov